Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ABŞ-ın Azərbaycandakı səfiri Ağcabədidə nələr dedi?

Metyu Brayza üzünü xarici investorlara tutdu

Simsar.az-ın Qarabağ bürosunun xəbərinə görə, amerikalı diplomat ilk öncə Ağcabədi rayon icra hakimiyyətində rayon rəsmiləri ilə görüşüb. Daha sonra Ağcabədidə yerləşən Aqro İnformasiya Mərkəzində olan Metyu Brayza burada jurnalistlərə açıqlama verib. O bildirib ki, bölgəyə səfəri burada kənd təsərrüfatının vəziyyətini öyrənmək, bu sahənin inkişaf imkanları araşdırmaq və xüsusilə rayonun Taxtakörpü qəsəbəsində məskunlaşan laçınlı fermerlərin fəaliyyəti ilə yaxından tanış olmaq məqsədi daşıyır. 

Metyu Brayza xarici investorların bölgəyə sərmayə yatırmasında maraqlı olduğunu bildirib: “Mən əsasən xarici ölkələrdən olan iş adamlarını Azərbaycanın bu bölgəsinə investisiya qoymağa çağırıram. Çünki burada kənd təsərrüfatı sahəsinin inkişafı üçün böyük potensial mövcuddur. Azərbaycan xalqının yaxşı yaşaması, vətəndaşların sosial vəziyyətinin yüksəlməsi tərəfdaş ölkə kimi bizim üçün də önəmlidir”.






3 Noyabr, 2011  21:48 Baxılıb: 906 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner