Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

YUNESKO-nun BAŞ KATİBİ ABŞ-dan PUL İSTƏDİ

İrina Bokova: "ABŞ-ı YUNESKO-nun maaliyyələşdirilməsində yardımını davam etdirməyə çağırıram"

Simsar.az-ın verdiyi xəbərə görə, bunu YUNESKO-nun Baş katibi İrina Bokova bəyan edib.

"ABŞ YUNESKO-nun ən əsas tərəfdaşlarından biridir. ABŞ-ın maaliyyələşdirməsi təşkilatın İraq, Tunis və Misirdə azad və rəqabətə davamlı mətbuatın inkişafına, həmçinin, dəstək verməsinə yardım göstərir. YUNESKO-nun digər münaqişə bölgələrində savadlanma üzrə proqramları insanların tənqidi düşüncəsini və özünə inam hissini artırmağa zəmin yaradır. Bu isə ekstremizmlə mübarizədə vacib amillərdən biridir. Biz bütün dünyada hücuma məruz qalmış, yaxud öldürülmüş jurnalistlərə dəstək veririk, çünki, BMT-nin agentliyi olaraq YUNESKO daim fikir azadlığının tərəfdarı olub. BMT sistemində yalnız biz bütün dünyada Holokostla bağlı maarifçiliklə məşğuluq. Fevral ayında, əsasən ərəb və müsəlman ölkələrindən olmaqla 150 siyasi və dini liderin iştirakı ilə "Auşvits-Birkenau" həbs düşərgəsinə tarixi səfər etdim. İndiyədək Bosniyanın Ali müftisi doktor Mustafa Serikin sözlərini xatırlayıram: "Biz məscidlərdə, kilsələrdə, sinaqoqlarda olan gənclərimizə bütün olanlar barədə məlumat verməliyik". Yaxın Şərqdə, İsaril və Misir də daxil olmaqla, qonşu ölkələr arasında elmi və mədəni əlaqələrin möhkəmlənməsinə yardım göstərən Sezam (SESAME) proqramını həyata keçiririk. ABŞ höküməti bu fəaliyyətimizi dəstəkləyir. YUNESKO ABŞ-ın təşkilatın sıralarında qalmasına görə çox şaddır və gələcəkdə maaliyyə probleminin həll ediləcəyinə ümid bəsləyir. ABŞ-ın 2011-ci ildə təşkialtın büdcəsinə əlavə pul köçürmələrini dayandırmaqla bağlı bəyanatı hər kəsin təhsillə təmin edilməsi, demokratiyanın dəstəklənməsi və ekstermizmlə mübarizə proqramlarını həyata keçirməkdə maneəçilik törədəcək. Bununla əlaqədar ABŞ-ı YUNESKO-nun maaliyyələşdirilməsində yardımını davam etdirməyə çağırıram", - bəyanatda deyilir.






3 Noyabr, 2011  21:19 Baxılıb: 981 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner