Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İRANA QARŞI MÜHARİBƏ ÇAĞIRIŞLARI CİDDİLƏŞİR

İsrailin ardından Böyük Britaniya da ABŞ hərbi müdaxiləni tezləşdirməyə çağırdı

İsrailin “Yedioth Ahronot” qəzeti ABŞ Xarici İşlər Nazirliyinin yüksək səviyyəli rəsmisinə istinadən yazıb ki, “ABŞ İsrail ordusunun İranı vuracağından narahatlıq keçirir, buna baxmayaraq İsrailin baş naziri Bünyamin Netanyahu ilə Müdafiə naziri Ehud Barak artıq bu istiqamətdə konkret qərar veriblər”.

Simsar.az-ın məlumatına görə, xəbərdə qeyd olunur ki, ABŞ rəsmiləri İsrailin hərbi əməliyyatlarla bağlı planını dəyişməsi üçün İrana tətbiq olunan sanksiyaları daha da sərtləşdirməyə çalışır.

Öz növbəsində İsrailin Müdafiə naziri Ehud Barak son günlərdə yenidən gündəmə gələn İsrailin İrana hücum etməyə hazırlaşdığına dair xəbərləri yalanlamış və əlavə edib ki, nə o, nə də İsrailin Baş naziri Bünyamin Netanyahu İrana hücumla bağlı konkret qərar verməyib. Barak qeyd edib ki, İrana hücumla bağlı son qərar sadəcə iki lider tərəfindən verilə bilməz. “2006-cı ildə bəlkə də bunu etmək olardı, amma 2011-ci ildə bu qərarı qəbul etmək üçün geniş heyətin iştirakı lazımdır” deyə o vurğulayıb.

Barak qeyd edib ki, ölkəsi İranın bölgə və dünya üçün böyük təhlükə mənbəyi olduğuna inanır və bu barədə düşüncələrini də gizlətmir. Eyni zamanda, İrana qarşı tədbirlər görmək üçün də bütün variantlar İsrailin masasının üstündədir. Sadəcə olaraq İsrail çalışır ki, İran nüvə proqramından dinc vasitələrlə əl çəksin.

Bu arada Beynəlxalq Atom Enerji Təşkilatının noyabrın 8-də İranla bağlı açıqlayacağı hesabat ərəfəsində rəsmi Tehrana qarşı beynəlxalq təzyiqlər artır.

Mətbuata sızan hesabatda "Tehranın nüvə proqramının atom bombası etməyə istiqamətli" olduğuna dair möhkəm dəlillərin olduğu bildirilir. Buna bağlı olaraq İsrailin İranın nüvə təsislərini vuracağına dair mesajları çoxalmaqdadır.

Artıq İsrail ordusunun ölkənin Palmaçim bazasında ballistik mərmiləri sınaqdan keçirdikləri bildirilir. Ordu rəsmiləri “raket itələyici sisteminin” müvəffəqiyyətlə sınaqdan çıxdığını deyiblər.

İsrail nüvə döyüş başlığı daşıyan Yerixo raketlərinə sahibdi. Bu mərmilərin mənzili 500 kilometrdi. İsrail ilə İran arasında isə 1200 kilometr var. İsrailin dünənki məşqlərində mənzili İrana çata bilən və nüvə başlıq daşıya bilən bir Jericho mərmisi sınanılıb.

İsrail döyüş təyyarələrinin də İtaliyadakı NATO hava bazasında, əhatəli və uzun mənzilli hücum təlimləri etdiyi açıqlandı. Əvvəlki həftənin bazar günü İsrail təyyarələri İtaliyaya aid Qucaqlad Adasındakı aviabazaya enib.

İsrail təyyarələri burada beş gün İtaliya Hava qüvvələrinə aid Eurojet ovçu təyyarələri, Alman Hava qüvvələrinin Tornado ov-bombardman təyyarələri və Hollandiya Hava qüvvələrinin F-16 ovçu təyyarələriylə "it dalaşı" təlimləri reallaşdırıb. Üstə olan inkişaf etmiş araşdırma sistemləriylə pilotların ayrı-ayrı performansları analiz edilib qiymətləndirilib.

Təlimlərin qısa müddərdə başa çatması da İsrailin İrana hücum etməyə tələsdiyini göstərir. Amma Qərb mütəxəssislərinə görə hava buludlu olduğuna görə, İsrailin İrana qış aylarında hücum etməyəcək.

İsrail xarici işlər naziri Liberman İranın dünya nizamına ən böyük və ciddi təhlükə olduğunu deyib və beynəlxalq ictimaiyyətin Tehran rejiminə qarşı hərəkətə keçəcəyinə ümidini ifadə edib.
İsrailli nazir beynəlxalq ictimaiyyətin İrana qarşı sanksiyaları artırmasını, İran Mərkəzi Bankına və Tehran rejiminin neft ticarətinə yönəli sanksiyaların gücləndirilməsinin vacib olduğunu deyib.

İsrailin hədələri cavabsız qalmayıb. İran Baş qərargah Başçısı Həsən Firuzebadi daha sərt danışaraq bunları deyib. "ABŞ rəsmiləri bilməlilər ki, sionist rejimin İrana edəcəyi hücuma görə, Amerika və sionistlər məsuliyyət daşıyacaqlar”.

İran artıq nüvə stansiyalarının mühafizəsini gücləndirib.
Bu da İrana qarşı hüğumların baş vermə ehtimalının böyük olmasından xəbər verir.

Bu gün yayılan məlumata görə, Böyük Britaniyada İrana hərbi müdaxilənin vacibliyini önə sürüb. Britaniya hökuməti Amerika Birləşmiş Ştatlarını da İrana qarşı əməliyyata dəstək verməyə çağırıb.

Məlumata görə, İrana həm sudan, həm də havadan hücum olacaq. Eyni zamanda, sərhəd sularına “Tomahawk” raketlərilə silahlanmış sualtı qayıqların buraxılması da nəzərdə tutulub. Raraket zərbələrindən sonra İran ərazisinə xüsusi təyinatlıların yerləşdiriləcəyi bildirilir.

Britaniya hökumətinin belə bir qərara gəlməsinə İranın yeraltı bunkerlərə uranın zənginləşdirilməsinə xidmət edən sentrifuqalar yerləşdirməyə hazırlaşması barədə məlumat səbəb olub. Xüsusi xidmət orqanlarının əldə etdiyi məlumata görə, həmin bunkerlər İranın Qum şəhəri yaxınlığındadır. “Biz əmin ola bilmərik ki, raketlərimiz 12 aydan sonra istədiyimiz nəticəni verəcək. Əməliyyatlar indi başlamalıdır” deyə, Britaniya hökumətinin təmsilçilərindən biri bildirib.
ABŞ Britaniya hökumətinin çağırışına hələlik reaksiya verməyib

RAMİL






3 Noyabr, 2011  20:44 Baxılıb: 1130 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner