Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

AZƏRBAYCAN MİSİRƏ NOTA VERDİ

Bu ölkənin şirkəti işğal olunmuş ərazilərimizdə fəalyyət göstərir

Misirin “Mobinil” mobil operator şirkətinin Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində qeyri-qanuni fəaliyyət göstərən “Karabakh Telecom” ilə roaming sahəsində əməkdaşlıq etdiyi müəyyən edilib.

Bu barədə Simsar.az-a Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bilfirilib ki, bu əməkdaşlığın dayandırılması üçün səfirlik tərəfindən Misirin Xarici işlər və Rabitə və İnformasiya texnologiyaları nazirliklərində görüşlər keçirilmiş və Misir tərəfinə “Mobinil” ilə “Karabakh Telecom” arasında əməkdaşlığın dayandırılması üçün nota ilə müraciət edilib.

Notada Beynəlxalq Telekommunikasiya İttifaqının rəhbər sənədləri və BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə zidd olaraq, “Mobinil”-in “Karabakh Telecom” ilə əməkdaşlığının və Azərbaycan hökumətinin rəsmi icazəsi olmadan respublikamızın telekommunikasiya məkanına müdaxiləsinin Azərbaycan suverenliyi və ərazi bütövlüyünün pozulması olduğu bildirilərək bu əməkdaşlığın dayandırılması üçün lazımı tədbirlərin görülməsi xahiş olunub.

Azərbaycan Respublikasının müraciətinə uyğun olaraq Misir hökuməti tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində “Mobinil” ilə “Karabakh Telecom” arasındakı əməkdaşlıq dayandırılıb.

Qeyd etmək istərdik ki, bir müddət əvvəl Misirin başqa bir mobil operatoru olan “Vodafone Egypt”-in “Karabakh Telecom” ilə əməkdaşlığı müəyyən edilmiş və səfirlik tərəfindən həyata keçirilmiş tədbirlər nəticəsində bu əməkdaşlıq da dayandırılıb.






3 Noyabr, 2011  20:44 Baxılıb: 1178 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner