Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Komada olan Qədir Rüstəmovun xanımından açıqlama

"Beyninə virus düşüb"

“Yazıq yaman tələsirdi, günü, saatı, dəqiqəni sayırdı ki, Bakıya tez qayıtsın. Hətta bilet də almışdıq. Amma heç gözləmədiyimiz oldu. Qədir komaya düşdü. Artıq 15 gündür ki komadadır”. Bunu Lent.az-a açıqlamasında Azərbaycanın görkəmli muğam ustası, xalq artisti Qədir Rüstəmovun həyat yoldaşı Fatma Rüstəmova bildirib.

Fatma xanım deyib ki, Qədir Rüstəmov iki aya yaxındır İstanbulun “Acıbadem” Xəstəxanasında müalicə olurdu. Müalicəyə səbəb isə beynindəki şiş idi: “Sol ayağı getdikcə şişməyə başladı. Bir az da ayağını çəkirdi. Eləcə də gözündə görmə problemi yaranmağa başladı. Apardıq Mərkəzi Klinik Xəstəxanaya. Yoxladılar, məlum oldu ki, beynində şiş var. Amma bilinmədi bəd xassəlidir, ya xoş xassəli. Dedilər “Acıbadem” Xəstəxanasına aparın. Gətirdik bura. Burda da müayinə etdilər. Dedilər yaşına görə əməliyyat etmək olmaz. Ancaq radio terapiya yolu ilə mümkündür. 25 gün şüa müalicəsi aldı. Axırıncısı oktyabrın 18-də oldu. Həkimlər də dedi ki, artıq yaxşıdır. Biz də sevindik. Bilet də aldıq. Hazırlaşırdıq ki, qayıdaq Bakıya. Oktyabrın 19-da birdən vəziyyəti pisləşdi. İndiyə kimi təzyiqi olmayan adamdı. Təzyiqi və qızdırması qalxdı. Demə, beyninə virus düşüb, qızdırması qalxıb. Qızdırmanın təsirindən beyin damarında tıxanıqlıq olub və sinir krizi keçirib. Nəticədə komaya düşüb”.

Həyat yoldaşının sözlərinə görə, sənətçi artıq 15 gündür aparata qoşulub, aparat vasitəsilə nəfəs alır: “Həkimlər deyir əlimizdən gələn hər şeyi edirik, ümid Allahadır, ancaq gözləmək lazımdır. Biz də Tanrıya üz tutub, dua edib gözləyirik. Əlimizdən başqa heç nə gəlmir. Mən də, hər üç uşağı da burda yanındayıq. Onu bura ayaq üstə gətirdik. İndi bu vəziyyətdə görmək olduqca çətindir”.

Fatma xanım qeyd edib ki, Qədir Rüstəmov İstanbula prezident İlham Əliyevin göstərişi ilə göndərilib: “Xəstəxananın bütün xərcləri Dövlət Neft Şirkətinə həvalə olunub. Burda şirkətin nümayəndəliyi var. Bütün ödənişləri onlar həyata keçirir. Ancaq bizim öz xərclərimizi özümüz ödəyərik. İki aydır burdayıq. O baxımdan bir az maddi sıxıntı var. Amma sağ olsun dövlətimiz. Kömək etməsəydilər, bilmirəm neyləyərdik”.

F. Rüstəmova sənət adamlarından maraqlananların, zəng edənlərin azlığından da gileylənib. Bildirib ki, iki dəfə Alim Qasımov xəstəxanaya gəlib yoluxub. Arif Babayev, Qəndab Quliyeva da zəng edir: “Bir dəfə də Azərbaycanın burdakı konsulluğundan bir nümayəndə gəlib ayaq üstü yoluxdu, vəssalam. Onu da mən burda bir jurnalist qıza demişdim. O da onlara demişdi. Qalan heç kim. Ondan başqa heç kimi görməmişəm...”






3 Noyabr, 2011  19:48 Baxılıb: 1057 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner