Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Yavər Camalov 9 ayın nəticələrinə yüksək qiymət verdi

Müdafiə Sənayesi Nazirliyində kollegiya iclasları keçirilib.

Nazirliyin mətbuat xidmətindən Simsar.az.az-a verilən məlumata görə, iclaslar nazir Yavər Camalovun sədrliyi ilə 31 oktyabr - 3 noyabr tarixlərində keçirilib.

İclaslarda birlik və müəssisələrin maliyyə-təsərrüfat fəaliyyətlərinin yekunları və qarşıda duran vəzifələr geniş müzakirə edilib. Bildirilib ki, aparılan məqsədyönlü işlər nəticəsində hesabat dövründə nazirliyin müəssisələrində müdafiə təyinatlı məmulatların istehsalı üzrə 6 yeni istehsal sahəsi yaradılıb, eləcə də, ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə Xaçmaz “Kondensator” zavodu tikinti və yenidənqurmadan sonra istifadəyə verilib. 2011-ci ilin 9 ayında tabeli müəssisələrdə istehsal olunan məhsulların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,9 dəfə artıb. Hesabat dövründə 2011-ci ilin Dövlət Müdafiə Sifarişi Proqramında nəzərdə tutulan tədbirlərin icrası davam etdirilib, respublikanın güc strukturları ilə bağlanmış müqavilələr əsasında ötən ilin müvafiq dövrünə nisbətən 3,5 dəfə çox müdafiə təyinatlı məhsul istehsal edilib sifarişçilərə təhvil verilib. Müdafiə təyinatlı məmulatların çeşidlərinin sayı 446-ya çatdırılıb. Eləcə də, mülki məhsulların istehsalında 25 faiz artım əldə edilib.

Cari ilin 9 ayında Dövlət Müdafiə Sifarişi Proqramı əsasında 13 yaradılma mövzusu üzrə 44 mərhələ yerinə yetirilib. Həmin dövrdə məmulatların yaradılması üzrə 34 sınaq müvəffəqiyyətlə başa çatdırılıb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə başa çatdırılmış sınaqların sayı 1,4 dəfə artıb.

Kollegiya iclaslarında nazir Yavər Camalov hesabat dövrü ərzində tabeli birlik və müəssisələrdə görülmüş işləri yüksək qiymətləndirib.






3 Noyabr, 2011  19:32 Baxılıb: 1035 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner