Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

ANAR: “RÜSTƏM İBRAHIMBƏYOVA, FƏRHAD XƏLILOVA NIYƏ IRAD YOXDUR?”

“Hələ də başa düşmürəm ki, məndən nə istəyirlər...”

«25 ildə 3 qurultayda yekdilliklə seçilmişəmsə, deməli, işimdən razı olublar. Özü də mən tək deyiləm ki. Kinematoqrafçılar İttifaqına Rüstəm İbrahimbəyov məndən əvvəl sədr seçilib, indiyə qədər sədrdir. Rəssamlar İttifaqına Fərhad Xəlilov məndən əvvəl sədr seçilib, hələ də fəaliyyətini davam etdirir. Onlardan heç birinə şükür ki, heç kimin iradı yoxdur. Hamının problemi ancaq Yazıçılar Birliyi ilədir».

Bunu “Yeni Müsavat” qəzetinə müsahibəsində Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar deyib.

AYB rəhbəri gələn il sədr kimi 25 ilinin tamam olacağını bildirib: “Neçə ildir, birliyə qarşı müxtəlif iradlar var. Amma mən hələ də başa düşmürəm ki, nə istəyirlər. Bir onu başa düşürəm ki, yəqin mənim getməyimi, əvəzimə başqasının gəlməsini istəyirlər. Bundan başqa, onların mənə iradı nədir, anlamıram”.

“Neçə-neçə prezidentlə işləmisiz. Hamısı ilə də yola getmisiz” qeydinə münasibət olaraq Anar bildirib ki, ona kimin münasibəti yaxşıdırsa, ona münasibəti normal olub: “Sən təsəvvür elə ki, bu prezidentlər bir-birinin əleyhinə olub. Sənin dediyin kimi, onların hamısı məni qəbul ediblərsə, deməli, mən onların heç birinin adamı olmamışam. Mən dörd prezidentə də hörmət etmişəm və edirəm. Amma onların içində ən çox hörmət etdiyim Heydər Əliyevdi. Onun barəsində yazdığım kitaba da nəzər salsaz, görərsiz ki, onun mənim haqqımda dediyi xoş sözlər mənim onun haqqında dediklərimdən az deyil. Məni dəfələrlə qiymətləndirib, mən də təşəkkür etmişəm”.






3 Noyabr, 2011  18:03 Baxılıb: 1236 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner