Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ZİYAFƏT ƏSGƏROV TÜRKİYƏ VƏ GÜRCÜSTANI XƏBƏRDAR ETDİ

"Onlar kor-koranə hərəkət edirlər, bu ölkədə sistem idarəetməsi yoxdur"

Ermənistan təkcə Azərbaycan deyil, Türkiyə və Gürcüstan torpaqlarına da iddia edir. Bu barədə Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov bəyan edib.

“Ermənistan əvvəllər də özgə torpaqlara iddia edirdi, o hətta indi də təkcə Azərbaycan torpaqlarına deyil, Türkiyə və Gürcüstan ərazilərinə də iddia edərək bu müharibəni davam etdirir”, - deyə Z.Əsgərov “İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin Qarabağ nizamlanması ətrafında hazırkı vəziyyətlə bağlı sualına cavab verərkən jurnalistlərə bildirib.

Bununla yanaşı, Z.Əsgərov qeyd edib ki, erməni xalqı işğal olunmuş torpaqları Azərbaycana qaytarmaq istəyir. “Ermənistan gec-tez Qarabağın Azərbaycan torpağı olduğunu anlayacaq və onu qaytarmaq lazım olduğu ilə barışacaq. Erməni xalqı da bunu istəyir. Milyonlarla insanın Ermənistanı tərk etməsi, ölkədə aclıq və xaosun hökm sürməsi bunu bir daha sübut edir”, - deyə Azərbaycan parlamentinin vitse-spikeri əlavə edib.

Z.Əsgərov qeyd edib ki, Qarabağ münaqişəsi birmənalı olaraq Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll ediləcək. “Ermənistan rəhbərliyi Qarabağ münaqişəsinin nizamlanması üzrə müvafiq qərar qəbul etməli və Azərbaycanın hərbi, siyasi və iqtisadi göstəricilərə görə regionda lider olması ilə barışmalıdır”, - deyə o vurğulayıb.

Z.Əsgərovun fikrincə, Ermənistanın siyasətində və idarə etmə sistemində “sağlam düşüncə qalmayıb”. “Onlar kor-koranə hərəkət edirlər və bu ölkədə sistem idarə etməsi yoxdur. Siyasət yüksək mədəniyyətdir, Ermənistanda isə bu mədəniyyət yoxdur”, - deyə Z.Əsgərov vurğulayıb.

O əlavə edib ki, Azərbaycan müharibənin tərəfdarı deyil. “Biz sülh istəyirik”, - deyə Milli Məclisin vitse-spikeri bildirib.






3 Noyabr, 2011  17:45 Baxılıb: 1092 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner