Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Şou

"Eurovision" qadağası

Aksesuarları satmaq olmaz

Bu açıqlamanı APA-ya İctimai Televiziya və Radio Yayımları Şirkətinin ictimaiyyətlə əlaqələr və monitorinq şöbəsinin rəhbəri Tahir Məmmədov verib.

T. Məmmədov bildirib ki, sözügedən məsələnin qanunsuz olduğunu dəfələrlə açıqlayıblar: “Adil Kərimli və mən dəfələrlə bu cür satışın qeyri-qanuni olduğunu vurğulamışıq. Bir daha bildirmək istəyirik ki, bu addım qanunvericiliyə ziddir və müəllif hüquqlarının ciddi şəkildə pozulmasıdır. “Eurovision” Mahnı Müsabiqəsinin loqosu Avropa Yayımları Birliyinin brendidir və onların icazəsi olmadan heç bir istehsalçı, ticarət müəssisəsi bu loqodan istifadə edə bilməz. Heç kim o loqo ilə çap olunmuş bu və ya digər məhsulları satışa çıxara bilməz”.

Tahir Məmmədov bu məsələnin Avropa Yayımları Birliyini də (EBU) ciddi narahat etdiyini vurğulayıb. Məsələdən xəbərdar olan EBU rəhbərliyi hətta bununla bağlı monitorinq keçirib: “EBU-nun həyata keçirdiyi monitorinqin nəticəsi onları qane etməyib. Eyni zamanda qeyd etmək istərdim ki, İctimai Televiziya da bununla bağlı ilkin araşdırmalar aparıb və həqiqətən də istehsalçılar tərəfindən çox ciddi şəkildə qanun pozuntularına yol verildiyi aşkarlanıb. Bu satış Avropa Yayımları Birliyinin icazəsi olmadan aparılır, bu isə çox mənfi haldır”.

Qanunsuz satışla bağlı məsələnin bununla da bitmədiyini qeyd edən T. Məmmədov, bu günlərdə İctimai Televiziyanın çəkiliş qrupu ilə birgə çox geniş monitorinq aparılacağını açıqlayıb: “Hər halda yaxşı olardı ki, bu istehsalçılar və məhsulların satışı ilə məşğul olanlar qanun qarşısında öz öhdəliklərini başa düşsünlər və bu fəaliyyətlərini dayandırsınlar. Əks-təqdirdə onlara qarşı ciddi inzibati sanksiyalar tətbiq olunacaq. Bu sanksiyalar cərimədən ibarət olacaq. İlkin araşdırmalarımız nəticəsində məlum olub ki, bu məhsullar arasında xaricdə hazırlanan məhsullarla yanaşı, yerli mallar da var. Eyni zamanda bu işin başında bir nəfər deyil, bir neçə nəfər dayanır. Həmin şəxslərin nəzərinə çatdırmaq istərdim ki, bu fəaliyyətlərinə son qoysunlar, yoxsa ciddi maddi zərər çəkəcəklər”.

Xatırladaq ki, “Eurovision-2011” Mahnı Müsabiqəsində Azərbaycanın qalibiyyətindən dərhal sonra paytaxt Bakıda üzərində “Eurovision Song Contest – Baku 2012” yazılan müxtəlif rəngli köynəklər, çantalar, eləcə də digər aksessuarlar satışa çıxarılıb. Azərbaycanda bu cür satış qanunsuz olaraq həyata keçirilir. Hər bir qalib ölkədə müsabiqə öncəsi hazırlanan bu köynəklər yalnız Avropa Yayımları Birliyinə (EBU) xəbər verildikdən sonra satışa çıxarılır. “Eurovision-2012” mahnı müsabiqəsi ərəfəsində bu cür köynəklər, papaqlar, çantalar, qələmlər, şərflər və digər bu kimi əşyalar qanuni olaraq satışa çıxarılacaq. Adətən qanuni satışa çıxarılan köynəklərin qiyməti 17-25 avro arasında olur. Amma Bakıda qanunsuz hazırlanan belə köynəklər satış yerindən asılı olaraq 5-10 manata satılır.






3 Noyabr, 2011  17:12 Baxılıb: 924 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner