Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Danimarkalı jurnalist Azərbaycan muğamından vəcdə gəlib

Mənsum İbrahimovun səsini dinləyən avropalı hisslərini gizlədə bilməyib

Azərbaycan incəsənət və mədəniyyət xadimləri ilk dəfə Kopenhagendə keçirilən WOMEX sərgisində iştirak ediblər. Ölkəmizi bu mötəbər tədbirdə xalq artisti, muğam ustadı Mənsum İbrahimov və “Qarabağ” musiqi qrupunun üzvləri- Elşən Həşimov (tar) , Elnur Əhmədov (kamança), Nizami Allahverdiyev (balaban) və Kamran Kərimov (nağara) təmsil ediblər. Simsar.az saytı xəbər verir ki, bu barədə Trend-ə telefonla Emin Musəvi məlumat verib.

Simsar.az-ın məlumatına görə, 1800 tamaşaçısının izlədiyi konsertdə Azərbaycan musiqiçilərinə öz məharətlərini göstərmək üçün 45 dəqiqə ayrılmışdı. Musiqiçilərimizin virtioz çıxışı dinləyiciləri o qədər ruhlandırıb ki, Danimarkalı jurnalistlərindən biri Azərbaycan bayrağını dalğalandıraraq, “belə musiqisi olan millət dahidir”, deyə göz yaşlarını saxlaya bilməyib”,- deyə E.Musəvi deyib.

E.Musəvinin sözlərinə görə, WOMEX konsert zalının direktoru Aleksandr V də Azərbaycan musiqiçilərinin çıxışını yüksək qiymətləndirib.

Xatırladaq ki, konsertin təşkilatçıları kimi Avropa tərəfdən Nətavan Hüseynova, Azərbaycan tərəfdən isə Azad Azərbaycan radiosunun direktoru, aparıcı E.Musəvi çıxış ediblər.

“Vətən” cəmiyyətinin rəhbəri Səfər Sadiqin təşəbbüsü ilə musiqiçilərimiz Daniyada yaşayan azərbaycanlılarla görüş keçiriblər. Görüşdə həmçinin İsveçrədə, Böyük Britaniyada və İranda yaşayan həmyerlilərimiz də iştirak edib. Görüş Azərbaycan musiqisinin xoş sədaları ilə müşaiyyət olunub.

Sərgidə iştirak üçün 750 iddiaçı olub. Bu isə WOMEX üçün rekord göstəricidir. 750 iddiaçıdan yalnız 30 ərizəyə müsbət cavab verilib. İştirakçılar sırasında Böyük Britaniya, Rusiya, Argentina, Türkiyə, Yaponiya, Fransa, İran, İspaniya, Latviya, İran və Ermənistan kimi ölkələr olub. WOMEX musiqi sərgisi milli, etnik və ənənəvi musiqiyə həsr olunur. Bu tədbir Avropanın hər bir yerində keçirilir.Növbəri sərgi Afinada keçiriləcək.

RAMİL






3 Noyabr, 2011  16:16 Baxılıb: 1173 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner