Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Azərbaycan Argentina ilə texnologiya sahəsində əməkdaşlıq edəcək

İqtisadi İnkişaf Nazirliyi ilə Argentinanın Elm, Texnologiya və Səmərəli İnnovasiya Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb

Bu gün Azərbaycanda səfərdə olan Argentinanın elm, texnologiya və səmərəli innovasiya naziri Lino Baranaonun başçılıq etdiyi nümayəndə heyəti ilə İqtisadi İnkişaf Nazirliyində görüş keçirilib. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, görüşdə Azərbaycan və Argentina arasında mövcud iqtisadi əlaqələr, əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilmiş, əlaqələrin genişləndirilməsində prioritet investisiya sahələrinin müəyyənləşdirilməsinin və bu sahədə məlumat mübadiləsinin aparılmasının, biznes forum, təqdimat və sərgilərin təşkilinin, həmçinin Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) ilə Argentinanın aidiyyəti qurumları arasında əməkdaşlığın yaradılmasının əhəmiyyəti vurğulanıb.

Görüş çərçivəsində "Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi və Argentina Respublikasının Elm, Texnologiya və Səmərəli İnnovasiya Nazirliyi arasında elmi, texnoloji tədqiqat və innovasiya sahələrində" Anlaşma Memorandumu imzalanıb. Sənədi Azərbaycan tərəfdən iqtisadi inkişaf naziri Şahin Mustafayev, Argentina tərəfdən isə bu ölkənin elm, texnologiya və səmərəli innovasiya naziri Lino Baranao imzalayıblar.

Sənəddə elmi-tədqiqat, texnologiya və innovasiya sahələrində əməkdaşlıq, birgə elmi-tədqiqat və innovasiya layihələrin hazırlanması və bu sahədə seminar və dəyirmi masaların təşkili nəzərdə tutulur. Argentinalı qonaqların ölkə regionlarına səfəri də nəzərdə tutulur.






3 Noyabr, 2011  04:56 Baxılıb: 1104 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner