Azərbaycan prezidenti İlham Əliyev Amerika Birləşmiş Ştatlarının dövlət katibi xanım Hillari Klintona başsağlığı verib.
Simsar.az-ın “Azərtac”a istinadən verdiyi məlumata görə, başsağlığı məktubunda deyilir:
"Hörmətli xanım Klinton, ananız xanım Doroti Rodemin vəfatı xəbəri məni olduqca kədərləndirdi. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə dərin hüznlə başsağlığı verirəm".