Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Vana yardım Azərbaycana başucalığı gətirdi

İlham Əliyevə minnətdarlıq məktubları gəlir

Türkiyə vətəndaşları Azərbaycan prezidenti İlham Əliyevə təşəkkür məktubları yazıblar. APA-nın məlumatına görə, Vanda baş vermiş zəlzələdən dərhal sonra Azərbaycandan axtarış-xilasetmə dəstəsi və digər yardımlar göndərilməsi ilə bağlı İlham Əliyevə təşəkkür edilib.


Ankara şəhərindən Ərdəm Kəskin yazır: “Zəlzələdən 108 saat sonra ümidlərin bitdiyi bir vaxtda belə, Azərbaycan xilasediciləri işləri dayandırmayaraq, İsa adlı bir gəncimizi xilas etdilər. Türkiyə Respublikasının sıravi vətəndaşı olaraq axtarış-xilasetmə dəstəsinin bütün üzvlərinə və sizə təşəkkürümü çatdırmaq istərdim”.


Ankara şəhərindən daha bir nəfər - Hakan Şən yazır: “Azərbaycan dövlətinin Türkiyəyə - zəlzələ bölgəsinə dərhal kömək göndərməsi bu iki ölkənin qardaş olduğunu bir daha təsdiq etdi. Türkiyənin arxasında hər zaman belə bir qardaş ölkənin durduğunu bilmək qürur doğurur. Bu, bütün millətlərinin bu qardaşlığı dərk etməsinə də böyük təsir göstərib, heç bir iki dövlətin bizim kimi bir dövlət ola bilməyəcəyini bir daha sübut edib. Türkiyə vətəndaşlarına göstərdiyiniz köməyə görə zəlzələdən zərər çəkənlər, ölkəm, onun vətəndaşları və şəxsən öz adımdan təşəkkürlərimi bildirirəm”.


Konya şəhərindən Fikrət Dönə isə yazır: “Çox hörmətli Cümhurbaşkanım, ölkəmizin Van şəhərində baş vermiş zəlzələdən zərər çəkənlərə göstərdiyiniz həssas münasibətə və yardımlara görə Sizə və qardaş ölkəm Azərbaycana sonsuz təşəkkürlərimi bildirirəm. İnşallah, Vətənim və qardaş Vətənim Azərbaycanda belə bir fəlakət təkrar yaşanmaz”.


Qeyd edək ki, bu oktyabrın 23-də Vanda 7,2 bal gücündə zəlzələ baş verib. Rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 601 nəfər ölüb, 4152 nəfər yaralanıb, 188 nəfər dağıntılar altından sağ çıxarılıb.

Azərbaycan ümumilikdə Türkiyəyə yardım olaraq 1250 çadır, 6050 ədyal, 40 generator, 40 mətbəx dəsti, 850-dən çox isti yataq dəsti göndərib. Azərbaycandan Türkiyəyə göstərilən yardımın ümumi məbləği 1 milyon 800 min ABŞ dolları həcmindədir.

Zəlzələ bölgəsində aparılan xilasetmə əməliyyatlarında Azərbaycan FHN-in 213 xilasedicisi və kineloji xidmətinin itləri iştirak edib. Azərbaycan xilasediciləri dağıntılar altından 12 nəfəri xilas edib, 60 cəsəd çıxarıblar.






2 Noyabr, 2011  23:11 Baxılıb: 1000 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner