Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Saxta pulu necə ayırd edək?

Geç kəs sizə saxta pulun əvəzinə əsl nominalı qaytarmayacaq

Dünən Bakının Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Rac Süleymanov adlı bir şəxsin mənzilinə baxış zamanı oradan 113 ədəd 100 manatlıq, 51 ədəd 50 manatlıq saxta əsginazlar aşkar edilərək götürülüb.

Digər belə bir hal isə yenə də Nizami rayonunda baş verib. Rayon Polis İdarəsinin keçirdiyi digər əməliyyat tədbiri nəticəsində isə Saleh Salmanov adlı vətəndaşın mənzilinə baxış zamanı oradan 14 ədəd 5 manatlıq, 7 ədəd 20 manatlıq saxta əsginazlar götürülüb. Təbii ki, hər iki faktla bağlı rayon polis idarəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb.

Məsələ burasındadır ki, belə əskinazların bir hissəsinin artıq dövriyyədə olmamasına heç kəs təminat verə bilməz. Belə olan halda biz nə etməliyik? Ümumiyyətlə, saxta pul əskinazı necə seçilməlidir?

Bütün bunları öyrənmək üçün ANS PRESS ekspertlərə müraciət edib və bu məsələyə aydınlıq gətirməyə çalışıb.

Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü, iqtisadçı-ekspert Əli Məsimli deyir ki, Azərbaycan manatı Avropa valyutası olan Avronun müdafiəsi sistemi ilə hazırlanır. Onun sözlərinə görə, bu halda da manat Avronun müdafiəsi sistemi ilə də müdafiə olunur: “Azərbaycan manatının müdafiəsi də kifayət qədərdir və bu pul əskinazları da saxtalaşdırmaq kifayət kədər asan iş deyil”.

Millət vəkili deyir ki, Azərbaycanda böyük miqdarda pul əskinazı 20 manat sayılır: “Düşünürəm ki, vətəndaşlar pul əskinazlarını ticarət obyektlərindən alarkən, kommersiya banklarında olduğu kimi, sadəcə işığa tutub yoxlamalıdırlar. Çünki, adi işıq şüası Azərbaycan manatının qorunma, mühafizə elementlərini aydın edir. Həmin üsulla çox asanlıqla saxta pulu əsl puldan ayırd etmək olur”.

Ekspert bildirib ki, alıcı və vətəndaş bütün hallarda hər zaman diqqətli olmalıdır. Çünki saxta pul verilən vətəndaşa bu pulu heç kim geri qaytarmayacaq: “Həmin şəxs istənilən halda uduzmuş olur. Çünki Mərkəzi Bankın və ya hər hansısa bir kommersiya bankının ona bu saxta pulun əvəzinə əsl əskinaz qaytarmaq borcu və səlahiyyəti yoxdur”.

Mərkəzi Bankdan isə ANS PRESS-ə bildirdilər ki, Azərbaycan manatı olduqca ciddi şəkildə mühafizə olunur: “Bunun üçün manatın üzərində mühafizə elementləri həkk olunub. Pul istifadəçisi saxta pulu əsl puldan ayırmaq üçün ilk növbədə bu pulların üzərində olan mühafizə elementlərinə fikir verməlidir”.

Mərkəzi Bankda iddia edirlər ki, hələ ki saxta pulların dövriyyəsi hallarına rast gəlinməyib. Çünki emissiyada olan manat kütləsi mütəmadi olaraq kommersiya bankları vasitəsi ilə yenidən Mərkəzi Bankda qayıdır və burada yoxlamadan keçdikdən sonra, yenidən dövriyyəyə buraxılır.

Bununla belə Mərkəzi Bankda hər ehtimala qarşı xəbərdarlıq edirlər ki, belə bir hala rast gəlinsə, yəni kimlərsə saxta pulun dövriyyədə olduğundan şübhələnsə, bu halda həmin pulla Mərkəzi Banka və ya istənilən bir kommersiya bankının filialına müraciət edə bilərlər. Daha məsuliyyətlisi isə odur ki, həmin vətəndaş polis idarəsinə mürəciət etsin. Bu halda həmin saxta pulu istehsal edənlər də mütləq tapılacaq, saxta pul isə sonda yenə də Mərkəzi Banka göndəriləcək.






2 Noyabr, 2011  23:06 Baxılıb: 1794 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner