Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Etibar Məmmədovun oğlu siyasətə qoşuldu

Ayxan Məmmədov AMİP-də müavin oldu

Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Etibar Məmmədovun 18 yaşlı oğlu Ayxan Məmmədov partiyada gənclər təşkilatı sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini olub.

AMİP sədri Yusif Bağırzadə Lent.az-a açıqlamasında deyib ki, Ayxan Məmmədov 10 gün əvvəl gənclər təşkilatının konfransında açıq səsvermə nəticəsində gənclər təşkilatı sədrinin ictimaiyyətlə əlaqələr üzrə müavini seçilib.

Ayxan Məmmədovun bu vəzifəni tutmaq üçün yetərli təcrübəyə malik olub-olmamasına gəlincə, Yusif Bağırzadə deyib ki, o, tez-tez partiyaya gedib-gəlir və partiyanın işlərində kifayət qədər iştirak edib: AMİP Beynəlxalq Demokratlar İttifaqında təmsil olunur. Beynəlxalq Demokratlar İttifaqı da gənclərə xüsusi diqqət ayırır, çox təmasda olur. İldə iki dəfə gənclərimiz Avropaya 1, 2 həftəlik seminar məşğələlərə gedirlər. Biz gənclər təşkilatını hazırda aktivləşdiririk. Ayxan bəy kifayət qədər müstəqil insandır, mən onunla dəfələrlə təmasda olmuşam. Çox qabiliyyətli, tərbiyəli bir gəncdir.

Ayxan Məmmədovun AMİP-in daha yüksək idarəetmə strukturlarında təmsilçiliyi perspektivinə gəlincə, Yusif Bağırzadə deyib ki, Ayxan Məmmədov özünü işdə yaxşı göstərsə, yüksələcək: “Biz estafeti gənclərə verməliyik. Azərbaycanda AMİP ilk partiyadır ki, sədri Etibar Məmmədov istefa verib. İki ilə yaxındır ki, partiyanın sədriyəm. Partiyanın siyasətini də mən və Siyasi Şura müəyyənləşdirir”.






2 Noyabr, 2011  22:20 Baxılıb: 1002 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner