Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

“İNQILABLARIN ARXASINDA ABŞ DURUR” IDDIASI ÖZÜNÜ DOĞRULTMADI

Eldar Namazov: “Proseslərə dəstək verirlər, dəyişiklikləri isə xalq həyata keçirir”

Bütün avtoritar ölkələrdə baş verən inqilabi proseslərin vahid mərkəzdən idarə olunması iddiası geniş yayılsa da, sonrakı siyasi hadisələr bu iddiaların heç də tutarlı olmadığını göstərdi.

Məsələn, qeyd olunurdu ki, İraq müharibəsindən sonra ABŞ bu ölkədə öz hakimiyyətini quracaq. Düzdür, yeni hakimiyyətin qurulmasında Qərbin mühüm rolu oldu. Amma qurulan yeni hakimiyyətin rəhbərliyindəki şəxslər açıq şəkildə anti-Qərb çıxışları ediblər.
Bir neçə gün öncə İraq parlament sədrinin birinci müavini Kusay Əl Süheyil İraqın daxili işlərinə edilən müdaxilələrə görə Amerikan ordusunu günahlandırıb.

Bundan başqa Liviyadakı proseslərin də arxasında ABŞ-ın durduğu deyilirdi. Amma Liviyanın yeni hakimiyyəti
Şimali Kipr Türk Cümhuriyyətini tanımaqla, iddiaları alt-üst etdi. Tunisdə keçirilən seçkilərdə də Qərbmeyilli qüvvələr deyil, islamçılar qalib gəldi.

Qırğızıstanın yeni seçilmiş prezidenti Almazbek Atambayevin ilk bəyanatı da Vaşinqtona qarşı oldu.
Qırğızıstanın yeni dövlət başçısı Birləşmiş Ştatların ölkə ərazisində icarəyə götürdüyü “Manas” hərbi bazasının bağlanacağını istisna etməyib.

Halbuki, bir neçə il öncə Qırğızıstanda hakimiyyət dəyişikliyi baş verəndə də, bunun arxasında ABŞ-ın durduğu buldirilirdi. Göründüyü kimi, baş verən sonrakı proseslər Qərb faktorunun xeyli şişirdildiyi qənaətini ortaya qoydu.

Azərbaycan Naminə İctimai Forumun prezidenti Eldar Namazov Simsar.az saytına bildirib ki, baş verənlərin eyni mərkəzdən idarə olunduğuna inananlar yanılırlar və belələri dünya siyasətini dərindən dərk etməyənlərdi: “Siyasi dünyagörüşü aşağı olanlar hesab edirlər ki, dünyanı massonlar, yaxud “Komitet-300”, nə bilim almanlar, çinlilər, Siciliya mafiyası, ABŞ idarə edir. Bu, bəsit yanaşmadır. Daha çox zəif inkişaf edən ölkələrdə geniş yayılıb”.

E.Namazov hesab edir ki, baş verənlər vahid mərkəzdən idarə olunmur, demokratikləşmə prosesinin tərkib hissəsidir: “Demokratiyaya keçid agrılı olur və bu birdən-birə baş vermir. Tarixdə elə hallar olub ki, hətta Avropada demokratiya avtoritarizmlə əvəzlənib. 1930-40-ci illərdə faşizm Avropanı bürüdü. Almaniya, İtaliya, Polşa, Rumınıyada faşistlər hakimiyyəti ələ aldılar. Cənubi Amerika ölkələrində də, demokratiyaya keçidlə bağlı ciddi problemlər olub. Demokratiya dalğa kimidir. Gah irəliləyir, gah geriləyir. Demokratiya gediləsi uzun və çətin yoldur. Bu yol hamar olmur. Ərəb ölkələri də bu yolu asanlıqla getməyəcək. Ukraynada inqilab baş Verdi, demokrat Yuşşenko hakimiyyətə gəldi. Amma sonra hakimiyyər anti-demokratların əlinə keçdi”.

E.Namazova görə, Amerikanın və ya Avropa dövlətlərinin hansısa ölkələrdə hakimiyyəti dəyişmələri mümkün deyil: “Amma hakimiyyət dəyişikliyinə dəstək verirlər. Sadəcə maraqları var, proseslərə dəstək olurlar. Dəyişiklikləri isə xalq həyata keçirir. Cəmiyyət özü istəmədən dəyişiklik etmək, hakimiyyət qurmaq mümkün deyil. Demokratik cəmiyyət qurmaq üçün nə qədər əziyyət çəkilsə, bir o qədər yaxşıdı. Asan yolla əldə olunan demokratiyanın bəzən ömrü qısa olur”.

RUSLAN






2 Noyabr, 2011  21:43 Baxılıb: 1411 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner