Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Hüquq müdafiəçisi azadlığa çıxa bilmədi

Vidadi İsgəndərliyə verilən hökm qüvvədə qaldı

Məhkəmə prosesində iştirak edən əməkdaşımız Samir Kazımlının verdiyi məlumata görə, bugünkü prosesdə V.İsgəndərlinin vəkili Yalçın İmanov müvəkkilinin barəsində həbslə əlaqəli olmayan qəti-imkan tədbirinin seçilməsi haqda vəsatətlə çıxış edib.

Vəkilin digər vəsatəti isə Göyçay Dairə Seçki Komissiyasının 2 saylı məntəqədə quraşdırılmış veb-kameranın yaddaşından çıxarışın iş materiallarına əlavə edilməsi ilə bağlı olub. Dövlət ittihamçısı Vidadi Cabbarov heç bir əsas gətirmədən vəsatətlərin təmin olunmamasını istəyib. Hakim isə deyib ki, cinayət işinin içində 2 saylı məntəqədə quraşdırılmış veb-kameranın yaddaşından çıxarış yoxdur.
V.İsgəndərli isə tələb edib ki, həmin çıxarış işə əlavə edilsin:
- Həmin çıxarışla bağlı Göyçay Rayon Məhkəməsinin hakimi vəsatətimizi təmin edib. Çıxarış məhkəməyə barəmdə hökm çıxarılandan sonra təqdim edilib. Sizdən tələb edirəm ki, çıxarışı Göyçay Rayon Məhkəməsindən tələb edib işə əlavə edəsiniz.
V.İsgəndərli həbsinin siyasi sifarişli olduğunu, özünə qarşı ittihamların əsassız, heç bir dəlilə söykənmədiyini, İTV-dəki çıxışlarına, ictimai fəaliyyətinə görə həbs edildiyini hakimin diqqətinə çatdırıb. Bildirib ki, köçürüləcəyi 9 saylı cəzaçəkmə müəssisəsində ona qarşı təxribat hazırlanıb:
- Bir hüquq müdafiəçisi kimi mən də “Azad olmayan ölkədə, azad musiqi yarışması keçirilə bilməz” devizi altında keçirilən kampaniyaya qoşuluram. Siyasi məhbusları olan, korrupsiya bataqlığında çabalayan ölkədə belə bir yarışma keçirilə bilməz. Mən buradan qərb ölkələrinin başçılarına, insan haqları təşkilatlarına müraciət edirəm: - dövlət başçıları öz ölkələrinin vətəndaşlarını siyasi məhbuslar olan bir ölkəyə gəlməkdən çəkinməyə çağırsınlar.

Hakim vəsatətlərin təmin olunmadığını elan etdi.
Bundan sonra dövlət ittihamçısı çıxış edərək Göyçay Rayon Məhkəməsinin V.İsgəndərli barəsində çıxardığı hökmün qüvvədə saxlanmasını istədi.

Hakim qərar qəbul etmək üçün müşavirəyə getdi və qayıdandan sonra bildirdi ki, Vidadi İsgəndərli barədə hökm dəyişmədən qüvvədə saxlanılır.

Vəkillər bu qərara etiraz edərək məhkəmə binasını tərk ediblər və sonrakı məhkəmə instansiyasına müraciət edəcəklərini bildiriblər.






2 Noyabr, 2011  21:33 Baxılıb: 915 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner