Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Abdulla Gül və Həmid Karzai bir arada

"Əfqanıstanın mübarizə etməkdə olduğu terrorizm, radikallıq, narkotik və insan alveri bir ölkənin təkbaşına öhdəsindən gələcəyi problemlər deyil"

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ilə Əfqanıstan xarici işlər naziri Zelmay Rəsulun həmsədrliyi ilə keçirilən ''Əfqanıstan üçün İstanbul Konfransı'' başlayıb.

SalamNews-un "Anadolu" agentliyinə istinadla verdiyi xəbərə görə, "Çırağan Sarayı"nda xarici işlər nazirləri səviyyəsində 20-yə qədər ölkə və beynəlxalq təşkilatların nümayəndələrinin iştirakı ilə reallaşan konfransın açılışında Prezident Abdulla Gül ilə Prezident Hamid Karzai çıxış ediblər.

Anasının vəfatına görə konfransda iştirak edə bilməyən ABŞ dövlət katibi Hillari Klintonun yerinə bu ölkəni onun Əfqanıstan və Pakistan üzrə xüsusi nümayəndəsi Mark Grossman təmsil edir.

Abdulla Gül Əfqanıstanın bu gün müxtəlif problem və risklərlə qarşı-qarşıya qaldığını bildirərək, bu məsələlərin genişmiqyaslı və qarışıq xüsusiyyətə sahib olduğunu söyləyib: ''Qədim bir mədəniyyətin övladları olan əfqan xalqı bu vəziyyətə düşməyə layiq deyil. Əfqanıstanın mübarizə etməkdə olduğu terrorizm, radikallıq, narkotik və insan alveri bir ölkənin təkbaşına öhdəsindən gələcəyi problemlər deyil. Bu problemlərin xroniki hal alması, Əfqanıstanın sabit və çiçəklənən gələcəyinə çatması yolunda ən böyük maneədir. Halbuki Əfqanıstanda axan qardaş qanının axıdılmasının dayandırlması, təhlükəsizliyin və sabitliyin bərpası hamımızın ortaq diləyidir. Bu ortaq arzumuzun reallaşması üçün əfqan qardaşlarımız əllərindən gələni edir. Ancaq bu dövrdə heç bir ölkə, dostları və ortaqlarının köməyi olmadan bu cür problemləri təkbaşına aradan qaldıra bilməz".






2 Noyabr, 2011  21:13 Baxılıb: 1149 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner