Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Ermənistan prezidenti ölkəni idarə edə bilmir

Bu rəy Azərbaycan deputatlarına məxsusdu

Ermənistanda hazırkı dövrdə yüksəkvəzifəli şəxslərin istefa verməsi onu göstərir ki, prezident ölkəni idarə edə bilmir. Bu barədə Trend-ə Azərbaycan Milli Məclisinin deputatı, politoloq Aydın Mirzəzadə bildirib.

"Son hadisələr bir daha sübut edir ki, Prezident Serj Sarkisyanın nə ölkənin inkişafına dair konsepsiyası, nə idarəetmə təcrübəsi, nə komanda ilə işləmək bacarığı mövcuddur, nə də dövrün tələblərinə cavab verə bilir", - Mirzəzadə deyib.

Politoloq hesab edir ki, söhbət kadr dəyişikliklərindən deyil, Ermənistan dövlətçiliyinin, milli ideologiyasının böhranından gedir. "Müstəqil dövlət yaradan erməni xalqının siyasi elitası inkişafı qonşu dövlətlərə qarşı torpaq iddiasında görür. Bu isə heç zaman heç bir dövlətə uğur gətirməyib, Ermənistana da gətirmədi", - Mirzəzadə qeyd edib.

Millət vəkili hesab edir ki, bu dəyişikliklər Ermənistan cəmiyyətində gedən böhranın üzdə görünən əlamətləridir. "Ölkədən əhalinin durmadan köçməsi, ölkə iqtisadiyyatının tənəzzülü, ölkənin regional iqtisadi layihələrdən kənarda qalması, iqtisadi, siyasi, hərbi, diplomatik sahədə uğursuzluqlar göz qarşısındadır", - o deyib.

Mirzəzadənin fikrincə, Ermənistan hakimiyyəti hazırkı siyasətini davam etdirərsə, bundan sonra da bu cür böhran əlamətləri tez-tez görünəcək.

Ermənistanda son günlər parlamentin sədri Ovik Abramyan, Yerevan şəhərinin meri Karen Karapetyan, ölkənin polis rəisi Alik Sarkisyan və digər yüksəkvəzifəli şəxslər istefaya gediblər.

Azərbaycanın digər deputatı Zahid Oruc da hesab edir ki, Ermənistanda baş verən son hadisələr gələcəkdə böyüyəcək hakimiyyət böhranın elementləridir.

"Baş verən istefalar Ermənistan cəmiyyətinə ölkə rəhbərinin siyasi-taktiki planları kimi təqdim olunur. Lakin Ermənistanda hakimiyyətin monolitliyindən, siyasi komandadan, yaxud dəqiq müəyyənləşmiş kursdan danışmaq mümkün deyil. Ermənistanda hakimiyyətin qrup halında fəaliyyəti mövcud deyil", - o Trend-ə açıqlamasında deyib.

Oruc bildirib ki, son istefalarla sübut olundu ki, Sarkisyanın bir dövlət başçısı kimi həmin şəxslər üzərində hər hansı bir mənəvi, siyasi hakimiyyəti mövcud deyil. "Onun təşkilatçılıq səriştəsi mövcud ola bilər, amma başlıca məsələ siyasi vəhdətdən, ideoloji baxımdan o insanları irəliyə aparmağı bacarmaq keyfiyyətidir ki, Sarkisyanda da bu yoxdur", - millət vəkili deyib.

Oruc hesab edir ki, Sarkisyanın xarizması, sözünü cəmiyyətə çatdırmaq gücü mövcud deyil. "Onun elə bir fikri yoxdur ki, Ermənistan cəmiyyətində müzakirə obyekti olsun", - o deyib.






2 Noyabr, 2011  20:57 Baxılıb: 965 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner