Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

XƏRÇƏNG SAĞALMAZ XƏSTƏLİKLƏR SIRASINDAN ÇIXIR

Beyin xərçəngi olanlara xoş müjdə

İngiltərədə elm adamları beyin xərçəngi müalicəsilə bağlı yeni bir üsul tapıblar.
Simsar.az-ın məlumatına görə, Kembric Universitetində sınanan üsulda xəstələrə şişə fluoressensiya kimyəvi maddələrinin yığılmasına gətirib çıxaran 5 aminolevulinik turşu (5-ALA) tətbiq edilir.

Ultrabənövşəyi işıq altında şişə ibarət olan çəhrayı rəngli parlaqlıq,cərrahların şişin kənarlarını açıqca görmələrinə və bütün şişin itmsinə əmin olmalarına köməkçi olur.

Alınan şişdən boşalan yerə yerləşdirilən dərmana batırılmış incə bir parça əməliyyatdan sonrakı 4-6 həftə boyunca geridə qalan xərçəngli hüceyrələri yox etmək üçün kemoterapi dərmanı verir.

Yeni üsulun, beyin xərçəngi xəstələrinə tətbiq olunan kemoterapi müalicəsində rast gəlinən çətinlikləri ortadan qaldırması gözlənilir. Təcrübəyə beyin xərçəngləri arasında ən sıx rast gəlinən və ən təcavüzkar kimi tanınan glioblastoma diaqnozu qoyulmuş 60-dan çox xəstə qatılır.
Glioblastoma xəstələri, diaqnozdan orta hesabla 15 ay sonra həyatlarını itirir.

Təcrübənin müvəffəqiyyətli olması vəziyyətində yeni müalicə üsulu, çox sayda beyin xərçəngi xəstəsi üçün ümid qaynağı olacaq.

RAMİL






2 Noyabr, 2011  20:18 Baxılıb: 1134 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner