Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Qəddafinin oğlu yenə danışdı

"Məndən əl çəkin"

Devrilərək qətlə yetirilmiş Liviya diktatoru Müəmmər Qəddafinin oğlu Səid Qəddafi İnterpola səslənərək onun axtarışına son verilməsini xahiş edib. Səid Qəddafi bildirib ki, Liviyanın indiki hakimiyyəti onu ədalətlə mühakimə etmək iqtidarında deyil. Məlumatı “Röyter” agentliyi yayıb. 


Sentyabrın 29-da İnterpol Səid Qəddafinin həbsinə order verib. Səid Qəzzafi vətənində daşınmaz əmlak fırıldağında, silahla hədələmədə və dinc əhalinin qırğınlarında iştirak etməkdə günahlandırılır. Sentyabrın 11-dən Nigerə qaçan Səid Qəddafinin hazırda ev dustaqlığında saxlandığı bildirilir. Niger hökuməti Liviya hüquq mühafizə orqanlarının Səid Qəddafini dindirməsinə şərait yaradacağını, ancaq onu ekstradisiya etməyəcəyini bəyan edib.  

Müəmmər Qəddafinin 10 övladı (2-si götürmə) olub. 1986-cı ildə amerikalılar Müəmmər Qəddafinin qərargahını bombardman edəndə Həna Qəddafi həlak olub. Bu ilin mayında Seyfülərəb Qəddafi NATO aviasiyasının bombardmanına qurban gedib. Avqustda Xəmis Qəddafi, oktyabrda Mötəsəm Billah Qəddafi öldürülüb.

Mərhum diktatorun Səid Qəddafidən başqa 5 övladı da qalır: Məhəmməd Qəddafi, Seyfülislam Qəddafi, Hannibal Qəddafi, Ayişə Qəddafi, Milad Qəddafi.






2 Noyabr, 2011  18:27 Baxılıb: 1025 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner