Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Qarabağ danışıqlarında nə çatmır?

ATƏT-in baş katibi suala cavab tapıb

Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həllində mühüm rol oynaya bilər. APA-nın məlumatına görə, bu fikirləri “Today’s Zaman” qəzetinə müsahibəsində ATƏT-in baş katibi Lamberto Zanieri deyib.

Türkiyəni regionun mühüm bir oyunçusu adlandıran Zannier Ankarann təklif edə biləcəyi siyasi töhflərin olduğunu qeyd edib. ATƏT-in himayəçiliyi altında gedən danışıqlara toxunan təşkilat rəsmisi etiraf edib ki, bu danışıqlara dinamika çatışmır: “Faktı konstatasiya etsək, deməliyəm ki, tərəqqi baş vermir və zənnimcə burada nə isə çatışmır”.

Lamberto Zanieri Türkiyənin Qarabağ danışıqlarına qoşulmasının rəsmi formata uyğun olmasının şərt olmadığını bildirib: “Mən danışıqlarda formal iştirak barədə danışmıram. Mən daha çox real təsirdən bəhs edirəm. Türkiyə münaqişəyə cəlb edilmiş hər iki ölkə ilə həmsərhəddir. Mənim şəxsi qənaətimcə, Türkiyə hər iki tərəflə dialoqu irəliyə aparmaq üçün şərait formalaşdırmalıdır”.

ATƏT-in Qarabağ münaqişəsinin çözüm səylərinə toxunan Lamberto Zanieri səslənən bəzi tənqidləri qəbul etmədiyini dilə gətirib. Onun sözlərinə görə, Dağlıq Qarabağ və digər münaqişələrin həlli məsələsini digər beynəlxalq qurumlara ötürmək çağırışları münaqişələri həll etməyəcək: “Problem məsələnin mahiyyətindədir. Çox şey tərəflərin iradəsindən asılıdır. Biz lazımi şərait yaratmağa, durumun nəzarət altından çıxmamasına çalışırıq. Lakin təhlükəsizlik məsələlərinə gələndə vəziyyət qəlizləşir”.

ATƏT rəsmisi qeyd edib ki, əgər indi tərəqqiyə nail olmaq və münaqişəni çözmək mümkün olmursa, onda görüləcək ən yaxşı iş münaqişənin daha da gərginləşməsini əngəlləməkdir.






2 Noyabr, 2011  17:18 Baxılıb: 792 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner