Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Qazın ixracı üçün 3 variant

"Hazırda 6 milyard kubmetr qaz Türkiyə, 1,6 milyard kubmetr qaz Gürcüstana, 400 milyon kubmetr İrana, 750 milyon kubmetr qaz Yunanıstana nəqli edilir”

Simsar.az xəbər verir ki, tədbirdə çıxış edən ARDNŞ-in vitse-prezidenti Elşad Nəsirov deyib ki, Azərbaycan hökuməti enerji hasilatında neft və qazın qiymətinə, kalori gücünə əsaslanıb: “Azərbaycan neftlə bərabər böyük həə qaz hasilatına başlayanda ölkə qazlaşdırılmağa başladı. Qazla bağlı sayğaclaşdırılma nəticəsində qazdan istifadə xeyli azaldı, çünki itkilərin qarşısı alındı. Yaxın illərdə qaz ixracı böyük həə artacaq. Hazırda 6 milyard kubmetr qaz Türkiyə, 1,6 milyard kubmetr qaz Gürcüstana, 400 milyon kubmetr İrana, 750 milyon kubmetr qaz Yunanıstana nəqli edilir”. 


Hazırda Xəzər dənizindən Avropa bazarına qaz ixracı marşrutları üzərində danışıqlar aparıldığını nəzərə çatdıran Elşad Nəsirov sözlərinə görə, bütün variantlar qiymətləndirilməlidir: “Biz ən optimal təchizat variantını, nəql marşrutunu seçməliyik. Oktyabrın 25-də Türkiyə və Azərbaycan arasında bir sıra sazişlər imzalanıb. Bununla artıq biz artıq “Şahdəniz” yatağından ikinci mərhələdə əldə ediləcək qazı Türkiyə vasitəsi ilə Avropa bazarlarına çıxara biləcəyik. Söhbət tək “Şahdəniz” deyil, digər qaz yataqlarından çıxarılan qazın da ixracından söhbət gedir. Türkiyə 6 milyard kubmetr qaz alacaq. Azərbaycan Türkiyə infrastrukturdan istifadə edərək 10 milyard kubmetr qazı Avropa bazarlarına çıxara biləcək. Bu, Azərbaycana imkan verəcək ki, yaradılacaq konsorsiumla yeni qaz kəmərinin tikilməsi variantını həyata keçirsin. Bu, Türkiyənin şərq sərhədlərindən qərb sərhədlərinə qədər uzanacaq. Deməli, birinci Türkiyədəki infrastruktur yenilənəcək. İkincisi, “Nabucco” kəməridir. Üçüncüsü, yeni qaz kəmərinin tikilməsidir ki, bununla konsorsium məşğul olacaq. Biz yeni boru kəməri tikə bilər, yaxud mövcud qaz kəmərlərinin gücünü artıra bilərik. Biz “Şahdəniz” yatağında ikinci mərhələdə qazın ixracı ilə bağlı gecikmirik. Artıq Azərbaycan nəql variantlarını oturuşmuş hala gətirir. Bu nailiyyət Neft Fonduna gəlirlərin daha çox daxil olmasının yolunu açacaq”.



BP şirkətinin nümayəndəsi Yan Saderlend deyib ki, gələn il BP Azərbaycanda fəaliyyətinin 20 illiyini qeyd edəcək. O, bu müddətdə BP-nin Azərbaycanda müxtəlif dövlət qurumları ilə işlədiyini dilə gətirib: “Xəzərdə gələcək layihələri də uğurla həyata keçirəcəyimizə inanırıq. “Əsrin müqaviləsi” həyata keçərkən bizim ümumi iradəmiz vardı. Biz hasilatın pay bölgüsü sazişlərinə böyük əhəmiyyət veririk. Azərbaycan bu sazişləri parlamentdə ratifikasiya etməklə sazişləri qanun çərçivəsində həyata keçirməyə imkan verir. Bu, investorlarda əminlik yaradır və ölkədə investisiya mühitini yaxşılaşdırır. 17 ildir ki, bu müqaviləni həyata keçiririk. Xəzər dənizində 6 platformanı tikmişik, Səngəçalda nəhəng qaz terminalı yaradılıb. Bakı-Tiflis-Ceyhan Əsas İxrac Neft Boru Kəməri ilə Azərbaycanla bərabər Qazaxıstan nefti də daşınır”.


“Şahdəniz” yatağının dünyada ən böyük qaz yatağı sayıldığını vurğulayan BP nümayəndəsi bu yataqdan ilk mərhələdə çıxan qazın Cənubi Qafqaz qaz kəməri ilə ixrac olunduğunu qeyd edib: “Bu layihələr vasitəsi ilə Azərbaycanın neft və qaz strategiyasında müasir avadanlıqlardan istifadə olunur. Bu, Azərbaycana böyük gəlirlər gəlməsinə, ölkənin inkişafına təkan verib. Hazırda 2300 azərbaycanlı bizim layihələrdə çalışır. 30 azərbaycanlı BP-nin dünya miqyaslı layihələrində çalışır. Yerli şirkətlərin layihələrimizdə iştirak dərəcəsinin artırılması bizim üçün mühümdür. Azərbaycan şirkətlərinin biri mühəndislik, montaj xidmətləri, tullantıların əldə edilməsi ilə bağlı BP-dən 65 milyon dollarlıq layihə alıb”.






2 Noyabr, 2011  16:34 Baxılıb: 1163 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner