Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Azərbaycan BMT Təhlükəsizlik Şurasında iki ölkəni təmsil edəcək

Ölkəmiz Türkiyənin danışan dili olacaq

APA-nın xəbərinə görə, Türk Şəhidliyində Van bölgəsindən olan şəhidin də məzarının olduğunu, bunu görən zaman təsirləndiyini deyən Sadullah Ergin “vaxtilə Vandan, Türkiyənin digər bölgələrindən Azərbaycana yardıma gəlmişdilər, bu gün isə Azərbaycan Vana yardım edir”, - deyə bildirib.

Azərbaycan prezidenti İlham Əliyev, ədliyyə naziri Fikrət Məmmədovla görüşlərində bir çox məsələləri müzakirə etdiklərini deyən türkiyəli nazir Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 20-ci ildönümü, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olması münasibətilə təbriklərini çatdırdığını da vurğulayıb: “Azərbaycanın bu yerə seçilməsi bizi çox sevindirir. Azərbaycan orada həm də Türkiyəni təmsil edəcək. Türkiyə də Təhlükəsizlik Şurasında qeyri-daimi üzv olanda həm də Azərbaycanı da təmsil edirdi”.

S. Ergin Vanda baş verən zəlzələ ilə bağlı danışarkən Türkiyədə binaların zəlzələyə davamiyyəti barədə araşdırmaların davam etdiyini də deyib: “Bu araşdırmalar 2005-ci ildən bu günə kimi davam edir”.
Qonaq Türkiyə ilə Azərbaycan ədliyyə nazirlikləri arasında hər hansı problem yaşanmadığını, ancaq bəzi işlərin həyata keçirilməsində vaxt itkisinin olduğunu deyib: “Ona görə də praktik iş birliyi həyata keçirməyi qərara almışıq”.

S. Ergin iki ölkə arasında məhkumların verilməsi prosesinin sürətləndirilməsi məqsədi ilə nümayəndələr təhkim etdiklərini deyib.






2 Noyabr, 2011  16:02 Baxılıb: 861 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner