Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Oğlunun meyitini axtaran ata sevindirici xəbər alıb

Türkiyənin Van bölgəsində baş verən dağıdıcı zəlzələdən sonra yeni möcuzə barədə xəbər yayılıb

Türkiyənin Van bölgəsində baş verən dağıdıcı zəlzələdən sonra yeni möcuzə barədə xəbər yayılıb. Oğlunun meyitini axtaran ata sevindirici xəbər alıb. Oğlunun sağ olduğu xəbəri Van sakinini Qurban bayramına bir həftə qalmış qurban kəsməyə sövq edib.

Van zəlzələsindən sarsılan Türkiyədə hələ də ölümdən can qurtaran insanlar və ailələrin sevinci barədə məlumat yayılır. Zəlzələdən keçən 8 gün ərzində 9 yaşlı oğlunun ölüsünü dağıntılar altında axtaran Bedrettin İşbarana oğlunun xilas edildiyi və xəstəxanaya yerləşdirildiyi barədə məlumat verilib.

B. İşbaran bildirib ki, zəlzələdən sonra həyat yoldaşı ona oğullarının itdiyni deyib: “Biz də Erçiş mərkəzində oğlumu axtardıq. Böhran mərkəzinə getdim və xəstəxana ölüxanalarını gəzdim. Ən azı 100-200 meyitin üzünə baxdım və oğlumu tapmağa çalışdım. Nə etdimsə, tapa bilmədim. Bütün dağıntıların altını belə gəzdim. Böyük oğlum gəlib mənə bu xoş xəbəri dedi. Oğlumun Vandakı xəstəxanada olduğunu dedi. Onu görəndə, çox sevindim. Oğlum mənə ata harada idiniz deyib”.

Bu xəbəri alan ailə başçısı qurban kəsib. O, Qurban bayramının ailəsinə vaxtından 1 həftə tez gəldiyini deyib. Məlum olub ki, dağıntılar altından tapılan uşaq 8 gün özünə gəlməyib, ayılan kimi isə həkimlərə atasının telefon nömrəsini deyib.






2 Noyabr, 2011  03:47 Baxılıb: 918 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner