Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev Rusiya Hesablama Palatasının sədrini qəbul edib

Dövlət başçısı Azərbaycanla Rusiya arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib

Azərbaycan prezidenti İlham Əliyev Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşini qəbul edib. ANS PRESS-in prezidentin rəsmi saytına istinadən verdiyi məlumata görə, Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşin Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 20 illiyi münasibətilə İlham Əliyevi təbrik edib. O, xalqımızın ümummilli lideri Heydər Əliyevlə görüşlərini böyük məmnunluq hissi ilə xatırlayıb. Sergey Stepaşin Rusiya Federasiyasının Hesablama Palatası ilə Azərbaycan Respublikasının Hesablama Palatası arasında əməkdaşlığın yaxşı perspektivləri olduğunu qeyd edib.

Öz növbəsində İlham Əliyev Azərbaycan ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyini bildirib. Prezident İlham Əliyev Rusiya Federasiyasının Hesablama Palatasının sədri Sergey Stepaşinin Azərbaycana səfərinin ölkələrimizin müvafiq qurumları arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə əminliyini ifadə edib.






2 Noyabr, 2011  03:41 Baxılıb: 1037 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner