Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Parlamentdə müxalifətin üstündən xətt çəkilib

Sabir Rüstəmxanlı: “Milli Məclisdə müxalifət blokunun yaradılması ilə bağlı səylər nəticə verməyib”

Simsar.az-ın məlumatına görə Modern.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının sədri, deputat Sabir Rüstəmxanlı bildirib ki, müxalifətçi deputatların bir “çətir” alıtna yığılmasına ən mühüm əngəllərdən biri Milli Məclisdə fraksiya yaratmaq üçün tələb olunan 25 nəfərlik siyahıdır. 

“Çünki təkilatlanma fraksiyanın yaradılması şərti ilə mümkün ola bilər. O zaman fraksiyanın qaldırdığı məsələ də parlamentin gündəliyinə salına bilər. Müxalifət adına da bir neçə qrup iddalıdır. Şübhəsiz burda səylərimiz daşa dirənir. Parlamentdə müxalifət adına idda edənlərin sayı heç 10 nəfər belə deyil. Odur ki, fraksiyaya idda etmək imkanı yoxdur”-deyə deputat vurğulayıb.

S.Rüstəmxanlının sözlərinə görə, parlament müxalifəti ilə ümumi şəkildə görüşlər olsa da, vahid mövqedən çıxış etmək imkanları yoxdur. Deputat həmçinin dörd partiyanın - BAXCP, Böyük Quruluş, Ədalət və VHP-nin yaratdğı “parlament müxalifət qrupu”nun işini də tənqid edib. S.Rüstəmxanlı qeyd edib ki, dörd partiyanın təsis etdiyi bu qrup hələki real iş ortaya qoya bilməyib.
““Parlament müxalifət qrupunun işinin təəssüf ki, hələ real nəticəsi görünmür”-deyə o vurğulayıb.

VHP sədri bununla yanaşı bildirib ki, palamentdə fraksiya yaradılmasına imkan verilməsi üçün Milli Məclisin daxili nizamnaməsinin dəyişdirilməsi üçün qrup tərəfindən məsələ qaldırılması istisna olunmur:
“Biz belə bir təkliflə çıxış edəcəyik. Hesab edirəm ki, bu fraksiya parlamentin səmərəli fəaliyyətinə yardım edə bilər”.






1 Noyabr, 2011  21:36 Baxılıb: 947 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner