Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

ZİYALILAR HAKİMİYYƏTƏ ÇAĞIRIŞ ETDI

7 bəndlik çağırışda əsas məqam siyasi məhbusların azadlığa buraxılması ilə bağlıdır

Bu gün Ziyalıların İctimai Forumu açıqlama yayıb. “Turan”ın məlumatına görə, açıqlamada deyilir:

1. Forum Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarına əməl olunmasına böyük diqqət yetirir.

2. Gənc fəallara qarşı həbs və məhkəmə təqibləri ilə müşayiət olunan təzyiqlərin yolverilməzliyini bəyan edir.

3. Forum müəyyən edib ki, məhkəmə təqiblərinə səbəb olan halların mütləq əksəriyyəti ölkə və cəmiyyət qarşısında cinayətlə yox, bugünkü reallıqlar, yürüdülən dövlət siyasətinə müxtəlif baxışların və mövqelərin toqquşması ilə bağlıdır. Azərbaycanda sərbəst toplaşmaq azadlığı hüququnun reallaşması ilə bağlı ciddi problemlər var. Forum dövlət orqanlarını toplaşmaq azadlığını reallaşdırmaq üçün daha məqbul yerin müəyyən olunmasına və şəraitin yaradılmasına, həmçinin mitinq keçirilməsinə cəhdlə əlaqədar barəsində məhkəmə prosesi başlamış siyasi və gənc fəalların azad olunmasına çağırır.

4. Forum “hicab” problemi ilə əlaqədar dindarların həbsindən və təqib olunmasından ciddi narahatlığını bildirir. Forum parlamenti bu məsələləri dəqiq tənzimləyən qanun hazırlamağa və qəbul etməyə çağırır. Belə qanunun qəbulundan əvvəl isə forum hakimiyyəti həbs olunmuş dindarları azad etməyə çağırır.

5. Forum nativ xidmət haqqında qanunun hazırlanmasını və qəbulunu vacib hesab edir. Belə ki, bu, ölkənin beynəlxalq öhdəliklərindən biridir. Qurum Bəxtiyar Hacıyev və Cabbar Savalanlının həbsdən azad olunmasına çağırır.

6. Forum nümayəndələri Rüstəm İbrahimbəyov, Rafiq Əliyev, Əkrəm Əylisli, Ramiz Rövşən və Eldar Namazov Ədliyyə Nazirliyinə müraciət edərək həbsdə olan gənc fəallara baş çəkməyə icazə verilməsini xahiş edirlər. Forum həbsdə olan fəallara müəllif imzaları ilə kitabların çatdırılması kampaniyasına başlayıb. Qurum hesab edir ki, onların cəmiyyətdən təcrid olunması dövlətin maraqlarına cavab vermir.

7. Forum korrupsiya, təhsil, səhiyyə, müstəqil məhkəmə icraatı, əsas hüquq və azadlıqların qorunması problemləri ilə bağlı hakimiyyət və vətəndaş cəmiyyəti arasında açıq dialoqa çağırır.

Ziyalıların İctimai Forumu 2009-cu ildə yaradılıb. Qurumun missiyası ölkədə ictimai rəyin formalaşması və qərar qəbul etmə prosesinə təsiri artırmaq üçün ziyalıları toparlamaq, ölkənin sabit və davamlı inkişafı üçün zəruri olan mütərəqqi islahatların hazırlanıb həyata keçirilməsində Azərbaycanın vətəndaş cəmiyyətinin rolunu artırmaqdır.






1 Noyabr, 2011  20:21 Baxılıb: 1231 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner