Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

AVROPA MÜSƏLMANLARA QARŞI DÖZÜMSÜZLÜK FAKTINI ETİRAF ETDİ

ATƏT-in baş katibindən gözlənilməz açıqlama

ATƏT-in xətti ilə Avstriyanın paytaxtı Vyana şəhərində 27-28 oktyabr tarixlərində müsəlmanlara qarşı ictimai məkanda dözümsüzlük və diskriminasiyanın neytrallaşdırılması məsələlərinə həsr olunmuş beynəlxalq konfrans keçirilib.


Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, konfrans hazırda ATƏT-ə sədrlik edən Litva Respublikası və ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu tərəfindən birgə təşkil edilib. Konfransın keçirilməsində əsas məqsəd milli və dini əlamətlərə görə dözümsüzlük və diskriminasiya hallarının aradan qaldırılmasına xidmət edən üsulların tədqiq edilməsi və sosial həmrəyliyin bərqərar olunmasına gətirib çıxaran əməli ölçülərin işlənib hazırlanmasından ibarət olub. Bununla bərabər, tədbir ictimaiyyətdə mövcud olan antimüsəlman hallarına diqqəti cəlb etmək, belə halların fərdi təhlükəsizliyə və sosial əlaqələrə təsirini araşdırmaq və müsbət təcrübəni yaymaq məqsədi də daşıyıb. Konfransa ATƏT-in üzvü olan 56 ölkədən 150 nəfərə yaxın dövlət və hökumət rəsmisi, siyasətçilər, peşəkar jurnalistlər və vətəndaş cəmiyyətinin müxtəlif qurumlarının nümayəndələri qatılıblar. Tədbirdə Azərbaycanın ATƏT yanındakı Daimi nümayəndəliyinin I katibi Aysel Yaqubova da iştirak edib. Litvanın qeyri hökumət təşkilatları isə Litva Azərbaycanlıları Cəmiyyəti və Litva Tatarları İcmaları Birliyi ilə təmsil olunub.


Konfransı giriş sözü ilə açan Litva xarici işlər nazirinin müavini Evaldas İgnataviçyus deyib ki, dözümsüzlük və diskriminasiya halları ilə yalnız prosesdə iştirak edən tərəflərin hamısının ümumi səyləri hesabına mübarizə aparmaq olar. Onun sözlərinə görə, təəssüflər olsun ki, müsəlmanlara qarşı həmlələrə məruz qalma hallarında həm siyasətçilər. həm də ki, kütləvi məlumat vasitələri siyasi idarə olunma ilə bağlı vəzifələrin öhdəsindən kifayət dərəcədə gələ bilmirlər. ATƏT-in baş katibi Lamberto Zannieris qeyd edib ki, hər hansı bir etnik qrupa qarşı milli, dini və yaxud digər bir zəmin əsasında nifrət etmək və ədavət bəsləmək, fanatizm hisslərini şövqləndirmək ATƏT icmalarının başlıca dəyərlərinə ziddir: “Müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya beynəlxalq xarakter daşıyır və ona görə də bu hallara qarşı birgə əməkdaşlığa əsaslanan və həm region, həm də ki, beynəlxalq səviyyədə hazırlanan ümumi cavab vermək lazımdır”.


Demokratik Təsisatlar və İnsan Haqları bürosunun direktoru Janez Lenarcic çıxışında bildirib ki, ATƏT-in üzvü olan ölkələr söz azadlığı və bərabərliyi qoruyub müdafiə etmək sahəsində üzərinə götürdükləri təəhhüdləri bir daha təkrarən təsdiq ediblər: “İslamofobiyaya qarşı mübarizə maarifləndirmə yolu ilə aparılmalıdır. Biz elə bir ictimai mühit yaratmalıyıq ki, müxtəliflik nəinki tolerantlıqla qarşılanmalı, həm də dəyər kimi qəbul edilməlidir. Siyasətçilər və KİV isə stereotiplərə qarşı mübarizədə müsbət rol oynamalıdırlar”.


Avstriyanın Avropa və Beynəlxalq Münasibətlər Nazirliyinin xarici əlaqələr üzrə baş katibi Joannes Kyrle, ATƏT-in Baş katibinin İslam konfranslarını təşkil etmək məsələləri üzrə xüsusi müşaviri Ömür Orhun, ATƏT-in Parlament Assambleyasının Demokratiya, İnsan hüquqları və Humanitar məsələlər üzrə Komitəsinin sədri Matteo Mecacci, müsəlmanlara qarşı dözümsüzlük və diskriminasiya ilə mübarizə məsələləri üzrə ATƏT sədrinin təmsilçisi Adil Axmetov konfransda məruzələrlə çıxış ediblər. Sonra məruzələr ətrafında müzakirələr aparılıb, fikir mübadiləsi və çıxışlar olub. Müzakirələrdə Litva Azərbaycanlıları Cəmiyyətinin sədri və Litva Milli İcmalar Şurasının rəhbəri Mahir Həmzəyev “Litvada islamofobiyanın kökləri, çağdaş durum və problemin həlli yolları” mövzusunda çıxış edib.






1 Noyabr, 2011  20:36 Baxılıb: 796 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner