Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Bir daha toy rəzaləti barədə

 Hadı Rəcəbli:  "Artıq insanların bir çoxu anlayır ki, toylarımız israfçılıqdı, səs-küydü, istirahət deyil, ən əsası bayram deyil”.

“Mərasimlər haqqında” qanun layihəsinin hazırlanması istiqamətində işlər gedir.
Simsar.az-ın verdiyi məlumata görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli söyləyib. Bununla belə, Hadı Rəcəbli deyir ki, Tacikistan kimi ölkələrdə qəbul olunan qanunu Azərbaycanda da tətbiq etmək mümkün deyil: “Məsələn, Tacikistan toy mərasimində avtomobil karvanı ilə bağlı da məhdudiyyət qoyub. Yeməklərin, qonaqların sayı ilə bağlı da məhdudiyyətlər mövcuddur. Bu normaları Azərbaycan cəmiyyətində tətbiq etmək mümkündürmü? Çox gülünc olar. Əlbəttə bizim bəzi qanunlarımızda bu məsələlər tənzimlənir. Amma el və ailə şənlikləri ilə bağlı cəmiyyətdə təbliğata ehtiyac var. Hər bir şəxs təşkil etdiyi tədbirin səviyyəsinə diqqət yetirməlidir. Dünya, əsasən də qonşu müsəlman ölkələrində keçirilən mərasimlərə diqqət yetirək. İnanıram ki, kiçik zaman kəsiyində bu məsələlər öz məcrasına düşəcək. Artıq insanların bir çoxu anlayır ki, toylarımız israfçılıqdı, səs-küydü, istirahət deyil, ən əsası bayram deyil”. 


Hadı Rəcəbli bildirib ki, ziyalılarımız, imkanlı şəxslərimiz ilk addımlarını atmalıdır: “Bizim elə ziyalılarımız var ki, nümunə göstərirlər. Bizi pis vəziyyətə salan bəhsdir. Bəhs etməyi kənara qoymaqla problemi həll etmək olar. Razıyam, şadlıq evləri də bəzən şənliklə bağlı diktə edirlər. Amma toy sahibi də öz diktəsini etsə, irəliləyiş əldə etmək olar. Məsələn, Naxçıvanda inzibati amildən çox ağsaqqalların fəaliyyəti var. Burada hökumət, ağsaqqal və din xadimlərinin müzakirəsinin yekunu olaraq nəticə əldə edirlər”.






1 Noyabr, 2011  20:00 Baxılıb: 852 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner