Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

“Təhlükəsizlik Şurasındakı missiyanın çətin tərəfləri də var...” - MÜSAHİBƏ

Politoloq Fərhad Məmmədovun APA-ya müsahibəsi

- 2012-ci ildən başlayaraq Azərbaycan iki il ərzində BMT Təhlükəsizik Şurasında mühüm qərarların qəbulunda birbaşa edəcək. Azərbaycan beynəlxalq miqyasda öz mövqelərini möhkəmləndirməyə çalışan bir ölkədir. Neçə düşünürsünüz, Təhlükəsizlik Şurasına üzvlük Azərbaycan dövlətinə bir fayda verəcəkmi?

- Bu, bizim diplomatiyamızın bacarıqlarından asılı olacaq. Mənim qənaətimə görə, onlar bunu bacaracaqlar. Məsələ ondadır ki, Təhlükəsizlik Şurasındakı missiyanın çətin tərəfləri də var, o cümlədən dünya miqyasında sülh və təhlükəsizlik problemlərinin həlli ilə məşğul olmaq. Azərbaycanın şimalında Rusiya, cənubunda isə İran kimi ölkələr yerləşir. Ölkəmiz karbohidrogen ehtiyatlarla zəngin bir bölgədə qərarlaşıb. Təbii ki, burada biz müxtəlif regional və qlobal maraqları nəzərə almalıyıq. Misal üçün, Suriya ilə bağlı Təhlükəsizik Şurasında məsələ qaldırıla bilər. Bunu istəyən qüvvələr var, ilk növbədə Qərb. Amma bunu arzu etməyən dövlətlər də var – Rusiya, İran və digərləri...

- Yeri gəlmişkən, Təhlükəsizik Şurasına seçkilər zamanı bir Qərb diplomatı xarici nəşrlərə etiraf etmişdi ki, onlar Azərbaycan kimi yeni üzvlərin İran və Suriya məsələsində Qərbin yanında olmayacaqlarından ehtiyat edirlər. Neçə düşünürsünüz, belə bir vəziyyətdən bəhrələnmək mümkündürmü?

- Bəli, mümkündür. Məsələ ondadır ki, siz burada artıq bir oyunçu olursunuz. Təhlükəsizik Şurasında qərarlar 9 səslə qəbul edilir, yəni 15 üzvdən 9-nun səsi kifayət edir. Amma 5 daimi üzvün veto hüququ da var. Əgər, məsələn, Rusiya İrana qarşı sanksiyalara dair veto hüququndan istifadə etsə, onda Azərbaycanın necə səs verəcəyi böyük əhəmiyyət daşımayacaq. Amma əgər Rusiya vetodan istifadə etməsə, o halda Azərbaycanın tutacağı mövqe həlledici ola bilər. Bu məsələnin bizim üçün mühüm tərəfi odur ki, Azərbaycanın Təhlükəsizlik Şurasında təmsilçiliyini görən bir sıra dövlət bizimlə yaxşı münasibətlər qurmağa çalışacaq.

- Azərbaycan Təhlükəsizik Şurasına üzv seçilən kimi Bakıda çoxları bunun Qarabağ münaqişənin çözümünə mümkün təsiri prizmasından nəzər salmağa başladı, çünki Azərbaycan üçün bu, ən önəmli ümummilli məsələdir. BMT Qarabağ məsələsinin “ölü nöqtə”dən tərpənməsində bir rol oynaya bilərmi?

- İlk öncə qeyd edim ki, Azərbaycanın Təhlükəsizlik Şurasında təmsil olunacağı 24 aylıq müddət ərzində Təhlükəsizlik Şurasında sədrlik iki dəfə bizə keçəcək. Hər bir sədrlik bir ay davam edəcək. Amma sədr-dövlət özü gündəliyi təkbaşına müəyyən etmir, daxil olan təklif və tövsiyələri gündəliyə salmaq üçün səsverməyə çıxarır. Səsvermə baş tutandan sonra gündəlik tərtib olunur. Yəni Azərbaycan “Ermənistan işğalçıdır və onu bu qisimdə tanıyaq” kimi təşəbbüslə çıxış etsə, birbaşa veto alacaq. Vetonu Rusiya və Fransa kimi dövlətlər tətbiq edəcək. Yəni bu məsələni heç gündəliyə salmaq mümkün olmayacaq. Bu dövlətlər Qarabağ məsələsini gündəliyə daxil etməyə razı olmayacaq və deyəcəklər ki, bu məsələ ilə ATƏT-in Minsk Qrupu məşğul olur. Amma Azərbaycan nə edə bilər? BMT-nin Qarabağa dair qəbul etdiyi 4 qətnamə var və bu qətnamələrlə bağlı məsələni gündəliyə çıxara bilər. Yəni bu dörd qətnamənin icrası vəziyyətinə nəzər salmaq təşəbbüsü ilə çıxış etmək olar. Ən azı işğal edilmiş torpaqların boşaldılması ilə bağlı. Amma şübhəniz olmasın ki, Ermənistanı işğalçı kimi tanımayacaqlar. Elə təkcə indiyə kimi tam qüvvədə olan “Azadlığa Dəstək Aktı”na 907-ni əlavəni yada salın. Nəzərə alınmalıdır ki, Amerikanın göstərdiyi maliyyə yardımının adambaşına düşən həcminə görə İsraildən sonra Ermənistan ikinci yeri tutur. Bu, Amerikanın mövqeyini göstərir. Amma hər halda Azərbaycan 4 qətnamənin niyə icra edilmədiyi məsələsini qaldıra bilər. Məsələ ondadır ki, ermənilər vaxt keçdikcə bu məsələnin beynəlxalq gündəlikdən çıxacağına və beləliklə işğalın leqallaşacağına ümid edir. Təhlükəsizik Şurasındakı tribunadan Azərbaycan bunu əngəlləyə bilər.

- Təhlükəsizik Şurasında Azərbaycana adi məsələlərin müzakirəsi zamanı bizə tərəfdaş və müttəfiq ola biləcək dövlətlər varmı?

- Böyük Britaniya Şuranın nüfuzlu üzvlərindəndir. Britaniyanın Azərbaycanla geniş iqtisadi əlaqələri var və Britaniya şirkətləri Azərbaycana xeyli sərmayə yatırıblar. Birləşmiş Krallığın Azərbaycan və Xəzər regionunda dərin maraqları var. Bundan savayı Pakistan da Təhlükəsizik Şurasının qeyri-daimi üzvüdür və bu ölkə bizimlə müttəfiqlik münasibətlərinə malikdir. Potensial tərəfdaş və müttəfiq məsələsi yenə də bizim diplomatiyamızın bacarığından asılı olacaq. Azərbaycanın nüfuzu, coğrafi mövqeyi, ehtiyatları, müxtəlif sahələrdə uğurları ölkəmizin “background” deyilən siyahısını genişləndirir və dünyadakı siyasi mövqeyinə birbaşa təsir edir.






1 Noyabr, 2011  19:51 Baxılıb: 785 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner