Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

İlham Əliyev bulvarı gəzib

İlham Əliyev "Kiçik Venesiya" şəhərciyində

Trend -in məlumatına görə, şəhərciyin yenidənqurmadan sonrakı görüntülərini əks etdirən stendlərlə tanış olan dövlətimizin başçısına məlumat verildi ki, ümumi sahəsi 9740 kvadratmetr olan ərazidə tikinti işlərinə bu ilin iyununda başlanıb. Ümumi uzunluğu 1350, dərinliyi isə 1,3 metr olan kanalın doldurulması üçün 7 min kubmetr su sərf olunacaq. Altı körpü və bir tunelin də inşa olunacağı şəhərciyin ərazisində müasir işıqlandırma sistemi quraşdırılacaq, yaşıllıq zolağı salınacaq.

Prezident İlham Əliyevə parkın ərazisində inşa edilən "Şərq" və "İtaliya" restoranlarının binalarında tikinti işlərinin gedişi barədə də məlumat verildi.

Dövlətimizin başçısı sonra Azərbaycan Xalçası və Xalq Tətbiqi Sənəti Dövlət Muzeyi üçün inşa edilən yeni binada tikinti işlərinin gedişi ilə maraqlandı.

Azərbaycan Prezidenti daha sonra Bakı bulvarının Dövlət Bayrağı Meydanı ilə birləşdirilməsi istiqamətində aparılan tikinti işlərinin gedişi ilə tanış oldu.

Dövlətimizin başçısı paytaxt sakinlərinin və şəhərimizin qonaqlarının asudə vaxtlarını səmərəli keçirmələri üçün burada ən müasir əyləncə və yeni xidmət növlərinin yaradılması ilə bağlı tapşırıqlarını verdi.






1 Noyabr, 2011  19:03 Baxılıb: 933 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner