Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Bakıda Beynəlxalq Kukla Festivalı

Festival noyabrın 6-da başa çatacaq

Lent.az-ın məlumatına görə, konfransda mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev, UNİMA-Türkiyə Milli Mərkəzinin prezidenti Mevlut Özhan, UNİMA-nın vitse-prezidenti Stanislav Dubrava, UNİMA-nın baş katibi Jak Trüdo, Beynəlxalq Teatr İnstitutunun Yaxın Şərq ölkələri üzrə koordinatoru İbrahim Assiri, TÜRKSOY-da Azərbaycan nümayəndəsi Elçin Qafarlı və Teatr Tənqidçiləri Beynəlxalq Assosiasiyasının baş katibi Mişel Vais iştirak edib.

Mədəniyyət və turizm nazirinin müavini Ədalət Vəliyev deyib ki, teatr tariximizdə ilk dəfədir ki, Azərbaycanda Avropa və Şərq ölkələrinin iştirakı ilə beynəlxalq kukla teatrı festivalı keçirilir. “Azərbaycan Teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramına uyğun olaraq təşkil edilən festival Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpasının 20 illiyinə həsr olunur. Nazir müavini qeyd edib ki, tədbirlə əlaqədar olaraq Bakıya 16 ölkədən 155 qonaq gəlib. Festival çərçivəsində 22 tamaşa göstəriləcək. Tamaşalar Kukla, Gənc Tamaşaçılar və Rus Dram teatrlarında nümayiş olunacaq. Böyük Britaniya, İspaniya, Türkiyə, Avstriya kukla teatrları mütəxəssislərinin iştirakı ilə ustad dərslər, “Şərq və Qərbin kukla dünyası: ideya, təşəkkül, texnika” adlı elmi simpozium keçiriləcək, Bakıda beynəlxalq teatr konqresinin təşkili müzakirə olunacaq. Hər iştirakçı teatra diplom və xatirə hədiyyəsi veriləcək.

UNİMA-nın baş katibi Jak Trüdo yeni yaradılan UNİMA-Azərbaycan Mərkəzi ilə sız əməkdaşlıq yaradacaqlarına ümidvar olduqlarını deyib.

UNİMA-Türkiyə Milli Mərkəzinin prezidenti Mevlut Özhan ölkələrin bir-birlərini tanıması, tamaşaçıların başqa dövlətlərin mədəniyyətləri ilə tanış olması baxımından belə bir festivalın keçirilməsini böyük hadisə adlandırıb. Onun sözlərinə görə, bu festival müxtəlif ölkələrin kukla teatrları arasında qardaşlıq və dostluq körpüsü formalaşdıracaq.

TÜRKSOY-da Azərbaycan nümayəndəsi Elçin Qafarlı teatr sahəsində yeni bir dövrün başladığını bildirib. O, gələcəkdə TÜRKSOY tərkibində Kukla Teatrları Birliyinin yaradılması ideyası ilə çıxış edib. E. Qafarlı TÜRKSOY adından UNİMA-nın baş katibi Jak Trüdoya xatirə hədiyyəsi də təqdim edib.

Daha sonra Ədalət Vəliyev jurnalistlərin suallarını cavablandırıb. Bildirib ki, tamaşalara biletlər oktyabrın 15-dən etibarən satışa çıxarılıb. Tamaşa xüsusi ehtiyacı olan uşaqlar biletsiz gətiriləcək. Hər nümayişdən öncə tamaşanın qısa xülasəsi deyiləcək. Göstəriləcək tamaşaların əksəriyyəti mim tamaşalardır, yəni sözdən çox hərəkət üzərində qurulub. Nazir müavini onu da vurğulayıb ki, Beynəlxalq Kukla Teatrları Festivalı hər iki ildən bir keçiriləcək.

Mətbuat konfransından sonra Kukla Teatrının həyətində festivalın açılış mərasimi olub. Teatrın binasının ətrafında müxtəlif nağıl qəhrəmanlarının böyük kuklaları qoyulub. Açılışda uşaqların ifasında mahnılar səslənib, müxtəlif kukla tamaşalarından parçalar göstərilib. Mərasimə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev də qatılıb.

Açılışdan sonra Kukla Teatrında Kamran Şahmərdanın quruluş verdiyi “Ağ və qara” tamaşası nümayiş olunacaq.

I Beynəlxalq Kukla Teatrları Festivalı noyabrın 6-da başa çatacaq.






1 Noyabr, 2011  18:00 Baxılıb: 1031 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner