Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Müəllimlərlə bağlı yeni xəbər

Misir Mərdanov məsələyə aydınlıq gətirmədi

Azərbaycanda müəllimlərə xüsusi dövlət qulluğu statusunun verilməsi ilə əlaqədar müəllimlərin işə qəbulu qaydalarında dəyişiklik ola bilər. Bunu Trend-ə açıqlamasında təhsil naziri Misir Mərdanov deyib. Onun sözlərinə görə, nazirlik müəllimlərə xüsusi dövlət qulluğu statusunun verilməsi ilə bağlı təkliflərini artıq hökumətə təqdim edib.

Mərdanov bildirib ki, yalnız bu barədə qərar qəbul olunduqdan sonra müəllimlərin işə qəbulu qaydalarında dəyişikliyin edilməsi barədə düşünmək olar.

O, işə qəbul qaydalarında hansı dəyişikliklərin ediləcəyini indidən açıqlaya bilmədiyini qeyd edib.

"Bu məsələdə hər şey dövlət başçısının sərəncamı ilə 10 illik Milli Təhsil Strategiyasının hazırlanmasından asılıdır. Mən düşünürəm ki, həmin strategiya təsdiq edildikdən sonra bu məsələlərə aydınlıq gələcək", - nazir qeyd edib.

Bu ildən Azərbaycanda müəllimlərin işə qəbulu üçün müsabiqə üç mərhələli keçirilir.

Birinci mərhələdə müəllim kimi çalışmaq üçün işə qəbul olmaq istəyənlərin elektron ərizələrindəki göstəricilər qiymətləndirilir.

Daha sonra namizədlər test imtahanı verirlər.

Yekunda - üçüncü mərhələdə isə namizədlər müsahibədən keçəcəklər. Müsahibə Təhsil Nazirliyinin yaratdığı komissiya tərəfindən aparılır.






1 Noyabr, 2011  17:50 Baxılıb: 888 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner