Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Əli Hüseynlidən maraqlı açıqlama

“Biz Avropa ölkələrinin keçdiyi yola başlayırıq”

Bu gün Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası “Peşə birlikləri haqqında” və “İctimai iştirakçılıq haqqında” qanun layihələrini ictimai müzakirəyə çıxarıb.


Lent.az-ın verdiyi məlumata görə, bununla bağlı keçirilən dəyirmi masada çıxış edən Şuranın sədri Azay Quliyev deyib ki, bu qanun layihələrini hazırlamaq zərurətdən irəli gəlib. Daha sonra qanun layihələri hazırlayan işçi qruplarının rəhbərləri Adil Vəliyev və Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev çıxış ediblər. Onlar qanun layihələri barədə ətraflı məlumat veriblər.


Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli deyib ki, ötən 20 ildə Azərbaycanda QHT institutunun formalaşması sevindirici haldır. Hadı Rəcəbli qeyd edib ki, bu qanun layihələri əslində cəmiyyətin parlamentə sifarişidir. O, cəmiyyətin cəmiyyət tərəfindən idarə olunmasının mühüm məsələ olduğunu vurğulayıb: “Belə qanun layihələri parlamentdə gərgin müzakirələrdə keçir. Ona görə də bu cür müzakirələrə hazır olmalıyıq”.


Hadi Rəcəbli bildirib ki, bu gün çoxlu sayda beynəlxalq peşə birlikləri də fəaliyyət göstərir və Azərbaycanda peşə birliklərinin fəaliyyətinin ayrıca qanunla tənzimlənməsi vacibdir: “Bu, sözün əsl mənasında vətəndaş cəmiyyətinin sosial sifarişinin bir nümunəsidir”.


Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli qeyd edib ki, Şura tərəfindən vətəndaş cəmiyyətinin maraqlarını qoruyan qanun layihəsinin hazırlanması təqdir olunmalıdır və qanun layihələri peşəkar səviyyədə hazırlanıb. Onun sözlərinə görə, QHT-lər yaxşı inkişaf yolu keçib və insanlar peşə yönümlü birliklər də yaratmağa başlayırlar: “Biz Avropa ölkələrinin keçdiyi yola başlayırıq. Dövlət orqanlarına ictimai nəzarət də vacib məsələdir. Bu, dövlət idarəçiliyində səmərəli idarəetmə prinsiplərinin möhkəmlənməsinə yol açacaq. Burada QHT və dövlət orqanları arasında iş yükünü bölmək məsələsi də var. Biz bu qanun layihələrini mütləq dəstəkləyəcəyik”.


Komitə sədrlərinə qanun layihələrinə dəstək verdikləri üçün təşəkkürünü bildirən Azay Quliyev onu da xatırladıb ki, oktyabrın 28-də parlamentdə qəbul olunan “Sosial xidmət haqqında” qanun Avropa ölkələrində olduğu kimi Azərbaycanda da bir çox sosial xidmətlərin QHT-lərə həvalə olunmasına yol açacaq.

Dəyirmi masa müzakirələrlə davam edib.






1 Noyabr, 2011  17:33 Baxılıb: 886 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner