Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Gülər Əhmədova barəsində deyilənlərə bir həftə sonra aydınlıq gətirəcək

Millət vəkili Kipirdə görüşlərini davam etdirir

Millət vəkili Gülər Əhmədova Azərbaycana gələn həftə dönəcək. “Kıbrıs Türk Milli Mücadelesi ve bu mücadelede TMT-nin Yeri” adlı beynəlxalq sempozyumda iştirak etmək üçün Kiprə səfər edən G.Əhmədova Bakıya dönəndən sonra “Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallı ilə bağlı Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət verməsinə aydınlıq gətirəcək.

Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin əməkdaşları tərəfindən hədə-qorxu tətbiq olunmaqla rüşvət almada ittiham olunaraq oktyabrın 28-də həbs olunan «Xural» qəzetinin baş redaktoru Ə.Zeynallı G.Əhmədovanın şikayəti əsasında həbs olunub.

G.Əhmədova baş redaktorla görüşüb və danışıqları gizli yolla diktafona yazıb. Səsyazısı sonradan cinayət işinə əlavə olunub.

Məlumatlara görə, baş redaktor G.Əhmədovadan hədə-qorxu yolu ilə 10 min manat rüşvət istəyib.

Qeyd edək ki, Ə.Zeynallı həbs edilən gün G.Əhmədova xaricə səfər edib. O, oktyabrın 31-də «Facebook» səhifəsində yazıb ki, suallara bir qədər sonra ona yaxın olan «merkez.az» saytında cavab veriləcək. Amma hələ millət vəkili olaylara aydınlıq gətirməyib.
G.Əhmədovanın Əkbər adlı köməkçisi Simsar.az-a açıqlamasında bildirdi ki, millət vəkili gələn həftə ölkəyə dönəcək və baş verənlərə münasibətini bildirəcək.

RAMİL






1 Noyabr, 2011  17:10 Baxılıb: 2036 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner