Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

HADİSƏ

Türkiyə Azərbaycanın hərəkətini təqdir etdi

Azərbaycanın müraciətsiz yardım göndərməsi qardaşlıq duyğularının ifadəsi idi

“Vanda baş verən zəlzələdən sonra 20-25 ölkə ilk yardım üçün bizə müraciət etdi. Lakin Azərbaycan Fövqəladə Hallar Nazirliyi bizə müraciət etmədən, bizim müraciətimizi gözləmədən hamıdan əvvəl bölgəyə ilk yardım heyəti göndərdi. Bu, ölkələrimiz arasındakı qardaşlıq duyğularının sözlə ifadə edilə bilməyəcək şəkildə ifadəsi idi”. Bunu APA-nın Türkiyə müxbirinə açıqlamasında Türkiyə Nazirlər Kabineti yanında Təbii Fəlakətlər və Fövqəladə Hallar İdarəsinin mətbuat katibi Mustafa Aydoğdu deyib.

Vanda zəlzələ baş verəndən dərhal sonra Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) bölgəyə 2 təyyarə ilə ilk yardım və 145 nəfərlik xilasedici heyət göndərdiyini xatırladan M. Aydoğdu xilasedicilərin zəlzələ bölgəsində fədakarlıqla çalışdıqlarını bildirib: “Azərbaycanın yardımı bizim üçün çox qiymətli idi. Azərbaycan xilasedicilərinin peşəkarlığını da xüsusi qeyd etməliyəm”.

O, Azərbaycan FHN-lə sıx əməkdaşlıq əlaqələrinin olduğunu da deyib: “Biz tez-tez Azərbaycana gedib, nazirliyin müasir texnologiyaları və iş təcrübəsi ilə yaxından tanış oluruq. Azərbaycan bizə qardaş ölkə olduğuna və bütün yardımlarını qardaşlıq duyğusu ilə etdiyinə görə, əməkdaşlığımız bundan sonra da ən yüksək səviyyədə davam edəcək”.

Qeyd edək ki, bu oktyabrın 23-də Vanda 7,2 bal gücündə zəlzələ baş verib. Rəsmi məlumatlara görə, zəlzələ nəticəsində 601 nəfər ölüb, 4152 nəfər yaralanıb, 188 nəfər dağıntılar altından sağ çıxarılıb.

Azərbaycan ümumilikdə Türkiyəyə yardım olaraq 1250 çadır, 6050 ədyal, 40 generator, 40 mətbəx dəsti, 850-dən çox isti yataq dəsti göndərib. Azərbaycandan Türkiyəyə göstərilən yardımın ümumi məbləği 1 milyon 800 min ABŞ dolları həcmindədir.

Zəlzələ bölgəsində aparılan xilasetmə əməliyyatlarında Azərbaycan FHN-in 213 xilasedicisi və kineloji xidmətinin itləri iştirak edib. Azərbaycan xilasediciləri dağıntılar altından 12 nəfəri xilas edib, 60 cəsəd çıxarıblar.






1 Noyabr, 2011  16:23 Baxılıb: 1022 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner