Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

Kənd təsərrüfatı işçilərinin bayramıdı

Prezident bir qrup kənd təsərrüfatı işçisini mükafatlandırıb

Bu gün “Kənd təsərrüfatı işçiləri günü”dür. Simsar.az-ın xəbərinə görə, bu gün 9 oktyabr 2008-ci il tarixində Prezident İlham Əliyevin imzaladığı sərəncamı əsasında təsis edilib.

Qeyd edək ki, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Prezidentinin Aqrar bölmədə idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında 2004-cü il 23 oktyabr tarixli 467 nömrəli Sərəncamına əsasən yenidən təşkil edilib.

Nazirlik Azərbaycan Respublikasında kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, istehsalçılara zəruri xidmətlərin göstərilməsi, meliorasiya və su təsərrüfatı, baytarlıq, bitki mühafizəsi və karantini, torpaqların səmərəli istifadəsi də daxil olmaqla aqrar bölmədə dövlət siyasətini və iqtisadi münasibətlərin tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

Kənd Təsərrüfatı İşçiləri Günü münasibətilə dünən prezident İlham Əliyev kənd təsərrüfatı işçilərinə fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycanda kənd təsərrüfatının inkişafındakı xidmətlərinə görə İbrahimov Həsən Novruzəli oğlu, Səmədov Abdurrəhman Qubad oğluna “Əməkdar Kənd Təsərrüfatı İşçisi”, Əliyev Şikar Abbas oğlu, Həsənova Solmaz Xəlil qızına “Əməkdar Müəllim” adları verilib.

Ramil






1 Noyabr, 2011  16:21 Baxılıb: 1019 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner