Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Leyla Əliyevanın daha bir uğuru

Heydər Əliyev Fondunun vitse-prezidenti ABŞ mükafat alacaq

Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (International Dialogue for Environmental Action) - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq təşəbbüsünün təsisçisi Leyla Əliyeva ABŞ-ın “Uşaqların Xərçəng və Qan Fondu”nun (CCBF) dəvəti ilə Nyu-Yorkda səfərdədir. Simsar.az-ın məlumatına görə, Fondun noyabrın 1-də keçiriləcək illik xeyriyyə toplantısında Leyla Əliyevaya uşaqlarla bağlı humanitar layihələrdə fəal iştirakına görə “Key to Life” – “Həyata Açar” yüksək mükafatı təqdim ediləcəkdir. “Uşaqların Xərçəng və Qan Fondu”(CCBF) 1952-ci ildən başlayaraq pediatrik hematologiya və onkologiya sahəsinə davamlı yardımı vasitəsi ilə azyaşlılarda xroniki, həyat üçün təhlükəli olan qan xəstəliklərinin müalicəsi yollarını dəstəkləyir və bu sahədə faəliyyət göstərən ABŞ-ın ən qədim və iri xeyriyyə təşkilatlarından biridir.

Nyu-Yorka səfəri çərçivəsində Leyla Əliyeva pediatrik xərçəng və qan xəstəliklərinin müalicəsində aparıcı tibb ocaqlarından biri olan Nyu-York Presbiterian Xəstəxanasında Uil Kornell Tibb Mərkəzini ziyarət etmiş, burada göstərilən xidmtələrlə tanış olmuşdur.

Leyla xanım Mərkəzdə müalicə alan azyaşlı xəstələrə baş çəkmiş, onları Amerikanın ənənəvi “Hallovin” bayramı münasibəti ilə təbrik etmiş, hədiyyələr çatdırmışdır. Azərbaycanlı qonaq həmçinin Mərkəzin tibb heyəti ilə söhbət edərək, xüsusilə, talassemiyalı xəstələrin müalicəsi və onlara göstərilən qayğı ilə maraqlanmışdır.

Bildirmişdir ki, Azərbaycanda hər 12 nəfərdən biri bu genetik qan xəstəliyinin daşıyıcısı olduğuna görə Heydər Əliyev Fondu talassemiya xəstəliyinin qarşısının alınması üzrə proqramlar həyata keçirir, Bakıda Talassemiya Mərkəzi fəaliyyət göstərir.

Uil Kornell Tibb Mərkəzində Talassemiya proqramının direktoru, bu sahədə elmi araşdırmaları ilə tanınan professor Patrisiya Ciardiniya ilə söhbətində Leyla Əliyeva Azərbaycanda genetik qan xəstəlikləri mövzusuna həsr olunan elmi simpoziumun təşkil edilməsi arzusunu bildirmiş, alimi belə bir toplantıda iştirak etməyə və ölkəmizdəki mütəxəssislərlə fikir mübadiləsi aparmağa dəvət etmişdir.

Talassemiya üzrə birgə elmi araşdırmalar Leyla Əliyevanın CCBF-in dəstəyi ilə Tibbi Mərkəzdə yaradılan tədqiqat laboratoriyasında keçirdiyi görüşdə də əsas mövzu olmuşdur. Hüceyrəvi Onkologiya Proqramının direktoru Deyvid Liden azərbaycanlı qonağa laboratoriyanın apardığı elmi tədqiqatların nəticələri barədə qısa məlumat vermiş, az müddətdə pediatrik gematologiya-onkologiya sahəsində alınan yeni biliklərin bu növ xəstəliklərin müalicəsinə böyük təkan verdiyini vurğulamışdır. Leyla Əliyeva gələcəkdə Azərbaycandan gələn alimlərin burada birgə araşdırma aparmaq imkanlarına dair Lidenlə fikir mübadiləsi aparmışdır.

Nyu-Yorka səfəri çərçivəsində Heydər Əliyev Fondunun vitse-prezidenti, İDEA (International Dialogue for Environmental Action) - Ətraf Mühitin Mühafizəsi üzrə Beynəlxalq Dialoq təşəbbüsünün təsisçisi Leyla Əliyeva bir sıra digər görüşlər keçirmişdir. O cümlədən, ətraf mühit məsələləri üzrə maarifləndirmə səyləri ilə məşğul olan ABŞ-ın “Earth Force” qeyri-hökumət gənclər təşkilatının beynəlxalq münasibətlər üzrə nümayəndəsi Vins Meldrum ilə “Earth Force” və “İDEA” arasında Anlaşma Memorandumunun imzalanması, Azərbaycanda orta məktəb müəllimləri üçün ətraf mühitin qorunmasının tədrisi üzrə təlim kurslarının keçirilməsi müzakirə edilmişdir.

Leyla Əliyeva “Earth Force” nümayəndələrini noyabrın 24-27-də “İDEA” təşəbbüsü ilə Qəbələ şəhərində keçiriləcək “Ətraf Mühitin Qorunmasının idarəedilməsində gənclərin rolu: Bu gün və Sabah” düşərgəsində iştirak etməyə dəvət etmişdir. Leyla Əliyeva həmçinin moda və geyim sənayesində ekoloji cəhətdən təmiz istehsalı dəstəkləyən “Ecouterre” layihəsənin nümayəndələri görüşmüş, dünya gənclərinin qlobal ətraf mühitə məsuliyyətli yanaşmasına çağıran konkret təşəbbüslər ətrafında fikir mübadiləsi aparmışdır.






1 Noyabr, 2011  16:04 Baxılıb: 1608 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner