Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

15 yaşlı “Şərq” – FOTOSESSİYA

Akif Aşırlı: “Peşəkar oxucu yetişdirə bilmədik”

Bu gün “Şərq” qəzetinin işıq üzü görməsinin 15-ci ili tamam olur. Qəzetin kollektivi yubiley yaşını ötən həftənin şənbə günü “Azərbaycan” nəşriyyatında qeyd edib. Tədbirə qəzetin indiki və sabiq işçiləri qatılıblar.


Yubiley təəssüratlarını Simsar.az-la bölüşən “Şərq”in yaradıcısı və baş redaktoru Akif Aşırlı deyir ki, qəzet əslində 1994-cü ildən nəşr olunub.1994-cü ilin mart-aprel aylarında qəzetin bir neçə nüsxəsi işıq üzü görüb. Lakin sonradan qəzetin nəşri dayandırılıb. 1996-cı ildən etibarən "Şərq" qəzeti mütəmadi olaraq, nəşr olunmağa başlayıb.
Mütəmadi nəşr olunduğu 15 il ərzində "Şərq"də 80-dən çox jurnalist yetişib və bu gün həmin şəxslər Azərbaycanın müxtəlif media qurumlarında çalışırlar.

“Qəzet yarandığı dövrdə Azərbaycanın ictimai-siyasi həyatında çox ciddi proseslər baş verirdi və bu qəzeti də ictimai-siyasi proseslərdə fəal iştirak edən şəxslər təsis ediblər. “Şərq” qəzeti senzuranın ən güclü vaxtlarında nəşr olunmağa başladı. Və qısa zaman ərzində populyarlıq qazandı. 30 min tirajla çıxırdıq. Satışımız yüksək idi. "Şərq" uzun müddət səkkiz səhifə olmaqla, həftədə bir dəfə nəşr olunurdu”- bu fikirlər də A.Aşırlıya aiddir.

A.Aşırlıya görə, “Şərq”in ən ciddi problemi 15 il ərzində peşəkar oxucu yetişdirə bilməməsi oldu: “İlk illər qalmaqallı xəbərlər yazırdıq. Balanslı xəbərə keçəndən sonra tirajımız azaldı. Bu gün Azərbaycan oxucusu qalmaqallı xəbər axtarır, xəbərin yalan və ya doğru olmasının o qədər də əhəmiyyəti yoxdu”.

Növbəti planlardan danışan A.Aşırlı “Şərq” qəzetini rəngli çıxarmaq istədiklərini dilə gətirdi: “Planlar çoxdu. Əsas məsələ rəngli çapa keçməkdi. Yayım işinin də genişləndirilməsinə ehtiyac var”.

RAMİL

 






1 Noyabr, 2011  15:53 Baxılıb: 911 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15


sagbanner