Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Bahar Muradova: "İşğal faktı Azərbaycanın demokratik inkişafına ciddi təsir edir"

"Ona görə də münaqişənin həlli prosesində demokratiya amilini önə çıxaranlar reallığı düzgün qiymətləndirməlidir"

“Bəzi dairələr tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində demokratiya məsələlərini önə çıxarılması yalnız bəhanədir. Bütün bunlar Azərbaycana təzyiq göstərmək, onun müstəqil siyasət həyata keçirməsinə mane olmaq üçün söylənən fikirlərdir”. ANS PRESS-in məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının saytına açıqlamasında Milli Məclisin sədr müavini Bahar Muradova deyib.

B.Muradova bildirib ki, bu cür fikirlərdən də ölkəmizin daxilində öz məqsədlərini reallaşdırmaq istəyən məhdud bir qrup “al bayraq” kimi istifadə etməyə çalışır. Onun sözlərinə görə, bu isə çox zərərli və Azərbaycana yönəlmiş xəyanət mövqeli bir yanaşmadır.

Vitse-spiker qeyd edib ki, münaqişə Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü nəticəsində yaranıb. Hərbi təcavüzün Azərbaycana böyük ziyan vurduğunu deyən B.Muradova vurğulayıb ki, işğal faktı ölkəmizin inkişafını əngəlləyir.

“Ermənistanın torpaqlarımızı işğal etməsi nəticəsində böyük bir ərazimizdə yaşayış yoxdur, mövcud olan infrastrukturlar tamamilə dağıdılıb, insanlar öz doğma torpaqlarında yaşamaq imkanından məhrum olublar. Yəni ərazilərimizin işğalı ölkəmizin sosial – iqtisadi inkişafının daha böyük vüsət almasının qarşısını alır. Bu amil həmçinin, demokratik inkişafa da ciddi təsir edir. Ona görə də, münaqişənin həlli prosesində demokratiya amilini önə çıxaranlar reallığı düzgün qiymətləndirməlidirlər”- deyə o qeyd edib.

B.Muradova bildirib ki, əgər demokratik proseslərdən narahatlıq ifadə olunursa, bu, Ermənistana şamil olunmalıdır. Çünki parlamentdə gülləbaran, etiraz aksiyasında dinc insanlarının öldürülməsi bu ölkədə baş verib.

“Son vaxtlar Avropa dövlətlərində, ABŞ-da etiraz aksiyalarının iştirakçılarına qarşı hansı addımlar atıldığının şahidi oluruq. Aksiyada iştirak edənlərə qarşı su şırnaqlarından, süvarilərdən, itlərdən istifadə edilirdi. Hansı ki, Azərbaycanda qanunsuz aksiya iştirakçılarına qarşı belə sərt addımlar atılmır. Yəni demokratiya amilindən istifadə edərək ermənilərin dəyirmanına su tökmək və öz siyasi ambisiyaları üçün bu fikirləri səsləndirmək çox yanlış yanaşmadır. Bu fikirləri deyənlər Azərbaycanı istəməyən dairələrdir. Bütün hüquqi dövlətlərdə qanunsuz hərəkətlərə qarşı qanun çərçivəsində addımlar atılır”- deyə vitse-spiker vurğulayıb.






1 Noyabr, 2011  02:43 Baxılıb: 912 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner