Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dövlət Neft Fondunun aktivləri 41,6 faiz artıb

9 ay ərzində ARDNF-in büdcə gəlirləri 11 831,4 milyon manat, büdcə xərcləri isə 4 366,7 milyon manat təşkil edib

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) büdcə gəlirləri 11 831,4 milyon manat, büdcə xərcləri isə 4 366,7 milyon manat təşkil edib. ARDNF-in mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, 2011-ci ilin yanvar-sentyabr ayları ərzində ARDNF-in neft və qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirləri 11 668,4 milyon manat, o cümlədən mənfəət neftinin və qazın satışından 11 476,3 milyon manat, Şahdəniz-I fazası üzrə qiymət fərqindən daxilolmalar 101,7 milyon manat, Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəməri layihəsi üzrə dividendlərdən 66,8 milyon manat, tranzit gəlirləri 5,5 milyon manat, akrhesabı ödənişlər 1,2 milyon manat, bonus ödənişləri 15,7 milyon manat, xarici sərmayəçilər tərəfindən təhvil verilmiş aktivlərdən 1,2 milyon manat təşkil edib.

Ötən 9 ay ərzində Neft Fondunun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlirlər 162,9 milyon manata bərabər olub. Hesabat dövrü ərzində Neft Fondunun 2011-ci il büdcəsinin icrası çərçivəsində 4 021,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 89,2 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulması və Oğuz-Qəbələ zonasından Bakı şəhərinə su kəmərinin çəkilişi layihələrinin maliyyələşdirilməsi məqsədilə isə müvafiq olaraq 144,5 milyon manat və 10,5 milyon manat vəsait ayrılıb.

"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın maliyyələşdirilməsinə Neft Fondundan 5,9 milyon manat vəsait ayrılıb. 85,5 milyon manat "Bakı-Tbilisi-Qars yeni dəmir yolu" layihəsinin maliyyələşdirilməsinə yönəldilib. 2011-ci ilin 9 ayı ərzində Neft Fondunun idarə edilməsi ilə bağlı xərcləri 10,1 milyon manat olub.

Valyuta məzənnələrinin dəyişməsindən yaranan fərq ilə bağlı Fondun büdcədənkənar xərci 258,8 milyon manat təşkil edib. 2011-ci il oktyabrın 1-ə Fondun aktivləri 2011-ci ilin əvvəlinə (22 766,8 milyon ABŞ dolları) nisbətən 41,6 faiz artaraq 32 242,5 milyon ABŞ dollarına bərabər olub.






31 Oktyabr, 2011  23:59 Baxılıb: 963 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner