Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

Yasir Ərəfatın xanımına həbs qərarı

Suhi Ərəfat 10 il azadlıqdan məhrum edilə bilər

Lent.az-ın Əlcəzairin “El-Habar” qəzetinə istinadən verdiyi məlumata görü, bunu Tunis Ədliyyə Nazirliyinin təmsilçisi Katim Zin əl-Abidin söyləyib.

Suhi Ərəfat Tunisdə 2006-cı ildə açılan Karfagen Beynəlxalq Məktəbinə rəhbərlik etdiyi dövrdə səlahiyyətini aşmaqda günahlandırılır. İrəli sürülən ittihama əsasən Suhi Ərəfatı 10 il zadlıqdan məhrumetmə cəzası gözləyir.

Suhi Ərəfatla bərabər Tunisin devrilmiş prezidenti Abidin Ben Əlinin xanımı Leyla Trabelsi haqqında da həbs qərarı verilib. Leyla Trabelsi də Karfagen Beynəlxalq Məktəbinin rəhbərliyinə daxil olub.

Xatırladaq ki, Suhi Ərəfat Tunisə 2004-cü ildə, əri Yasir Ərəfatın ölümündən sonra gəlib və 2007-ci ilə qədər bu ölkədə yaşayıb. Bu illər ərzində Suhi Ərəfat Tunis vətəndaşlığı alıb, az sonra o, Tunis vətəndaşlığından məhrum edilib. Bundan sonra Suhi Ərəfat Parisə yollanıb, hazırda Maltada yaşayır.






31 Oktyabr, 2011  22:06 Baxılıb: 883 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner