Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

UNESCO-dan Azərbaycan mədəniyyətinə töhfə

"Arşın mal alan"ın 100 illik yubileyi qeyd ediləcək

“Arşın mal alan” musiqili komediyasının 100 illik yubileyi, XII əsrdə yaşayıb-yaratmış rübai ustadı Məhsəti Gəncəvinin nailiyyətlərinin 900 illiyi, filosof, şair Səyid Yəhya Bakuvinin vəfatının 550 illiyi UNESCO çərçivəsində qeyd olunacaq. Bu barədə Lent.az-a Mədəniyyət və Turizm Nazirliyinin beynəlxalq əlaqələr və mədəniyyət proqramları şöbəsindən bildiriblər.

Məlumata görə, bu qərar sentyabrın 30-da keçirilən UNESCO İcraiyyə Şurasının 187-ci sessiyasında verilib. İrəli sürülən təklif sessiya iştirakçıları tərəfindən yekdilliklə təsdiq edilib və adları sadalanan şəxsiyyətlər UNESCO çərçivəsində ildönümü qeyd ediləcək şəxslərin siyahısına əlavə edilib.

Şöbədən o da bildirilib ki, 2012-2013-cü illərdə Azərbaycanın mədəniyyətini, ədəbiyyatını musiqisini, mədəni və ümumbəşəri dəyərləri əks etdirən, mühüm əhəmiyyətə malik bu yubileylərin qeyd olunması ilə əlaqədar Azərbaycanda, xarici ölkələrdə və UNESCO-nun qərargahında konsert, sərgi və digər mədəniyyət tədbirlərinin keçirilməsi nəzərdə tutulur. UNESCO-ya üzvlük çərçivəsində Mədəniyyət və Turizm Nazirliyi digər mühüm əhəmiyyətli tarixi hadisələrin və görkəmli şəxsiyyətlərin ildönümlərinin bu təşkilat çərçivəsində qeyd edilməsi ilə bağlı müvafiq işlər görməyə davam edəcək.






31 Oktyabr, 2011  20:55 Baxılıb: 978 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner