Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

Novruz Aslanov “Yeni Müsavat”ı məhkəmə ilə hədələdi

“Siyahını təqdim etməsəniz məhkəməyə müraciət edəcəm”

İsmayıllıdan deputat olan Novruz Aslanov “Yeni Müsavat”a məktubu göndərib. Qəzetin ötən saylarının birində İsmayıllının İvanovka kəndindən hazırlanan reportajda deputatın barəsində bəzi tənqidi məqamlar yer alıb.
“Füzuli Ələkbərov İvanovka kəndində onlarla ev alıb” başlıqlı məqalədə “İvanovkalılar Novruz Aslandan şikayətləndilər” ifadəsi yer alıb. Kənd sakinləri deyiblər ki, N.Aslan seçkidən-seçkiyə bizi yada salır. Camaatın probemləri ilə maraqlanmır. Biz onu seçməmişik və millət vəkilimiz hesab etmirik. O, sadəcə deputatlıq edə bilər”.


Bununla bağlı N.Aslanov qeyd edir ki, heç bir əsası olmayan mənbələrə istinadən yazılmış məqalə işgüzar nüfuzuna zərbə vurmaq, deputatlıq fəaliyyətinə ləkə salmaq məqsədi güdür: “Seçicilərimlə görüşmək məqsədi ilə hər həftə İsmayıllı rayonuna səfər edirəm. Həm keçən 5 il deputatlıq fəaliyyətim dövründə, həm də bu bir il ərzində mütəmadi olaraq İsmayıllıda qəbullar keçirir, seçicilərin qaldırdıqları məsələlərlə tanış oluram. Keçən 5 il ərzində İsmayıllının 76 kəndində, o cümlədən İvanovka kəndində 12 dəfə, cari ildə rayonun 12 kəndində, İvanovkada isə 3 dəfə olmuşam. Bu il İvanovkada seçicilərlə görüşməklə yanaşı həm orta məktəbi bitirmiş şagirdlərə attestatların verilməsi məqsədi ilə düzənlənən geniş tədbirdə, həm də kəndin cari ildə iqtisadi-sosial fəaliyyətimə dair hesabat yığıncağında iştirak etmişəm. Bütün bu fəaliyyətim barədə hesabat jurnaı işıq üzü görüb. Bu bir illik hesabatım çap edilmək üçün mətbəəyə verilib. Bu baxımdan mənə qarşı beə haqsız mövqeyin nümayiş etdirilməsi qərəzli münasibət, şərəf və ləyaqətin alçadılması kimi qiymətləndirilə bilər”.

Deputat həmin məqalədə İvanovka kənd sakinlərinin müsahibəsini və adlarını 10 gün ərzində təqdim olunmasını xahiş edib: “ Əks halda belə yalan və böhtan xarakterli yazının dərc edilməsi “Yeni Müsavat” qəzetinin müxbiri Emil Salamoğlunun qərəzli mövqeyi kimi qiymətləndirilə və hüquqi müstəvidə bu məsələnin araşdırılmasına zəmin yarada bilər”.

P.S. Qeyd edək ki, həmin tarixdə İvanovka kəndindən “Azadlıq” qəzetində də məqalə dərc olunub. “Azadlıq” qəzetindəki məqalədə də İvanovka kənd sakinlərinin deputat N.Aslandan şikayətləndiyi dərc olunub. Həmin məqalədə deyilir: “Kənd camaatı deputat Novruz Aslanovdan da şikayətçidir. Onların problemləri ilə maraqlanmayan təyinatlı millət vəkilinə Cəlil Məmmədquluzadənin personajı olan Novruzəli ayamasını qoşublar”.

RAMİL






31 Oktyabr, 2011  20:15 Baxılıb: 1017 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner