Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SOSİAL

NUŞİRƏVAN MƏHƏRRƏMLİ TELESERİALLARA XƏRCLƏNƏN MƏBLƏĞİN ÇOXLUĞUNA ETİRAZ ETDİ

“Qəbul edə bilmərik ki, büdcədən ayrılmış vəsait hesabına çəkilmiş filmlərin hər saatına 60-70 manat ödənilsin”

MTRŞ sədri Nuşirəvan Məhərrəmli televiziyalara verilən 300 min manatlıq birdıfılik yardımla bağlı APA-ya açıqlama verib. Onun sözlərinə görə, artıq “Xəzər”, “ATV”, “Spase” və İctimai Televiziya ilə belə müqavilələr bağlanıb. Digər kanallarla bağlı da yaxın günlərdə müqavilələr imzalanacaq.

N. Məhərrəmli deyib ki, bu həftə MTRŞ maliyyə məsələləri ilə bağlı sənədləri hazırlayacaq, bundan sonra Maliyyə Nazirliyi həmin vəsaiti kanallara ödəyəcək: “Artıq bəzi kanallar daxili imkanları hesabına bu işə başlayıb. Serialların ilk 4 bölümü çəkiləndən sonra bölümlərə yaradıcı heyətlə birgə baxış keçiriləcək, müəyyən qiymətləndirmələr aparılacaq”.

Şura sədrinin sözlərinə görə, ayrılan məbləğ ilkin vəsaitdir. Dekabr ayında bu proses ozünün daha aktiv fazasına daxil olacaq. Ölkə prezidenti tərəfindən milli televiziya filmlərinin və serialların çəkilməsi üçün ayrılan 5 milyon manat vəsaitin qalan hissəsi də tədricən telekanalların hesabına köçürüləcək: “Bu, 2011-ci il üçün ayrılan vəsaitdir. Ola bilər ki, bu vəsaitin bir hissəsi gələn ilə də keçsin. Amma gələn il vəsaitin daha da artırılması nəzərdə tutulur. Bundan sonra MTRŞ telekanallarda xarici filmlərlə bağlı qərar verə bilər”.

Regional televiziya kanallarına da milli televiziya filmləri və serialların çəkilməsi üçün vəsaitin ayrılıb-ayrılmayacağına gəlincə, MTRŞ sədri hələlik bunun mümkün olmadığını deyib: “Regional kanalların texniki bazası çox zəifdir. Serialların çəkilməsi ilə bağlı problemləri yarana bilər. Telekanallarla bağladığımız müqavilədə belə bir bənd var ki, dövlət televiziya filmlərinin mülkiyyətçisi kimi ondan öz ehtiyacları üçün istifadə edə bilər. Mən telekanalların rəhbərləri ilə də danışmışam. Çəkilişlər qurtarandan sonra biz o serialları çox cüzi qiymətə və ya vəsait ödəmədən regional kanallara da verəcəyik ki, onlar da ondan istifadə edə bilsinlər. Çox cüzi qiymət deyəndə, həmin serialın saxlanmasına və yenilənməsinə çəkilən xərclər nəzərdə tutulur”.

MTRŞ sədri daha sonra bildirib ki, Mədəniyyət və Turizm Nazirliyinə və Müəllif Hüquqları Agentliyinə məktubla müraciət olunub: “Qəbul edə bilmərik ki, büdcədən ayrılmış vəsait hesabına çəkilmiş filmlərin hər saatına 60-70 manat ödənilsin. Bu, həddindən artıq yüksək qiymətdir. Bu filmlərə qoyulan qiymət o filmlərin saxlanmasına və yenilənməsinə sərf olunmalıdır ki, bunun üçün də 10-20 manat kifayət edir. Bəzi televiziya şirkətləri şikayətlənirlər ki, yalnız bayram günlərində milli filmləri nümayiş etdirə bilirlər. Bu məsələni yenidən gündəmə gətiririk ki, qiymətləndirmə real olsun və kanallar o filmləri tez-tez göstərə bilsin. Həmin filmlər dövlət mülkiyyəti sayılır. Amma o zaman “Azərbaycanfilm” kinostudiyası bu filmləri çəkəndən sonra onun mülkiyyət hüququnu əldə edib. Hansı əsaslarla, bəlli deyil. Təbii ki, mülkiyyət hüququ Mədəniyyət və Turizm Nazirliyində olmalıdır”.






31 Oktyabr, 2011  20:04 Baxılıb: 1079 Çap

Bu bölmədə


XƏBƏR LENTİ

26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



24 Yanvar, 2024  13:15

sagbanner