Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dünya

NATO-Liviya: 7 aylıq müharibə sona çatdı

Hərbi təyyarələr 26 mindən çox uçuş həyata keçirib

Bu gün NATO Liviyadakı hərbi əməliyyatları yekunlaşdırır. 7 ay davam edən NATO missiyası Liviya vaxtı ilə saat 23:59-da rəsmi olaraq başa çatdırılmış hesab ediləcək. Bu qərar BMT-nin Təhlükəsizlik Şurasında səsvermə nəticəsində verilib. Səsvermədə Təhlükəsizlik Şurasının 15 üzvü yekdilliklə Liviyada əməliyyatın sonlandırılmasının lehinə səs veriblər.

NATO-nun baş katibi Anders Foq Rasmussen bəyan edib ki, alyansın Liviyada həyata keçirdiyi əməliyyat NATO tarixində indiyədək ən uğurlu əməliyyatlardan biri olub.

NATO missiyasının ilk qırıcı təyyarələri Liviyaya martın 19-da, polkovnik Müəmmar Qəddafinin qüvvələri üsyançıların nəzarəti altında olan Benqazi şəhərinə yaxınlaşdıqda daxil olub. Liviyada hərbi əməliyyat müddətində NATO təyyarələri 26 mindən çox uçuş həyata keçirib, bu uçuşlar zamanı çoxsaylı aviazərbələr nəticəsində Liviya hökumətinin 1000-dən çox tankı və hərbi maşını məhv edilib.

Qeyd edək ki, NATO-nun Liviya missiyasını yekunlaşdırması qərarı, Liviya Milli Keçid Şurasının hərbi kampaniyanı davam etdirmək çağırışına rəğmən verilib. Buna baxmayaraq, NATO-nun bir qrup hərbi məsləhətçisi Milli Keçid Şurasına yardım məqsədilə Liviyada qalacaq.






31 Oktyabr, 2011  18:49 Baxılıb: 940 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner