Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

RƏSUL QULİYEV ƏLİ KƏRİMLİ İLƏ BİRLƏŞİR?

ACP sədri ilə AXCP sədri görüşüb

Prezident seçkiləri yaxınlaşdıqca siyasi partiyaların fəaliyyətində aktivlik artır. Bugünə qədər fəaliyyətləri nəzərə çarpmayan partiyalar yoxsa ölü nöqtədən tərpənirlər? Maraqlı görünən məqamlardan biri mühaciərtdə yaşayan Rəsul Quliyevin və onun lideri olduğu Açıq Cəmiyyət Partiyasının (ACP) fəallaşmasıdır.
Simsar.az saytının əldə etdiyi məlumatlara görə, ACP rəhbərliyi siyasi partiyaların rəhbərliyində təmsil olunanlarla görüşüb, yeni əməkdaşlıq imkanlarını müzakirə ediblər.
İlk belə görüşün AXCP sədri Əli Kərimli ilə ACP sədri Vaqif Mahmudov arasında baş tutduğu bildirilir.
Görüşdə iki partiya arasında əlaqələrin gücləndirilməsi, əməkdaşlığın ittifaq səviyyəsinə çatdırılması məsələsi qaldırılır. Müzakirələrin nə ilə bitməsi barədə isə mənbə məlumatsız olduğunu deyir.
Simsar.az saytının əməkdaşı məsələyə aydınlıq gətirmək üçün ACP sədri V.Mahmudovla əlaqə saxlayıb. V.Mahmudov AXCP sədri ilə görüşdüyünü təsdiqləsə də, görüşün məqsədi barədə qısa məlumat verməklə kifayətlənib: «Biz bir sıra partiya sədrlərilə görüşmüşük. Partiya sədrləri arasında görüşlərin olması təbiidir, burada qeyri-adi heç nə yoxdur. AXCP sədri Əli Kərimlilə keçirdiyimiz görüş ümumi xarakter daşıyırdı. Konkret məsələ ilə bağlı olmayıb».

V.Mahmudov qeyd edib ki, prezident seçkilərinə hələ xeyli vaxt qaldığından indidən bu istiqamətdə hər hansı addım atmırlar: «Seçkilərdə iştirakla bağlı hansısa partiya ilə ittifaq yaratmaqdan hələ söhbət getmir. Buk imi görüşlərimiz digər partiya sədrlərilə də olacaq».

AXCP sədrinin müavini Razi Nurullayev iki partiya arasında əməkdaşlığı mümkün sayır: «AXCP siyasi mövqeyi, məqsədi, hakimiyyətə qarşı münasibəti aydın olan bütün partiyalarla əməkdaşlığı məqbul sayır. Konkret olaraq ACP ilə əməkdaşlıqdan söhbət gedirsə, bu barədə partiyanın İdarə Heyətində müzakirə aparılandan sonra qərar verilə bilər. İndidən iki partiyanın əməkdaşlığı barədə fikir səsləndirmək çətindir».

RAMİL






31 Oktyabr, 2011  18:32 Baxılıb: 1312 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner