Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

SİYASƏT

GÜLƏR ƏHMƏDOVA RAUF ARİFOĞLUDAN İSTİFADƏ EDİB

Rauf Arifoğlu: “İndi məlum olur ki, deputat səmimi danışmayıb, bir neçə şəxsdən istifadə edərək oyununu oynayıb"

“Xural” qəzetinin baş redaktoru Əvəz Zeynallının həbsinin ətrafında söz-söhbətlər səngimir.

Milli Məclisin deputatı Gülər Əhmədovanın şikayəti əsasında baş tutan həbsə hələ bir neçə ay öncədən hazırlıq görülüb. Millət vəkili bir müddət öncə Ə.Zeynallı ilə aralarında olan danışığı diktafona yazıb. Bu məsələdə G.Əhmədovaya “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu da yardımçı olub. Amma bilmədən.

Bununla bağlı R.Arifoğlu “Azadlıq” qəzetinə açıqlamasında bildirib ki, G.Əhmədova ondan Ə. Zeynallı ilə görüşün baş tutmasına yardımçı olmasını xahiş edib.

Baş redaktorun sözlərinə görə, o, G.Əhmədovaya Ə.Zeynallı ilə münasibətinin olmadığını və bu baxımdan ona kömək edə bilməyəcəyini söyləyib:

“Nəhayət, Gülər Əhmədovanın israrlı xahişindən sonra mən Əvəz bəylə əlaqə saxladım və ona dedim ki, bu xanımı qəbul edərək dinləsin. Məsələ belə olub... Gülər xanım bildirib ki, “Xural" qəzetində onun əleyhinə olan kompromat xarakterli materiallar var, onların dərcini saxlasınlar. Dəfələrlə danışdıq, mən israrla bildirdim ki, müdaxilə imkanlarım yoxdur”.

Görüş baş tutandan bir ay sonra Ə.Zeynallı görüş barədə “Xural” qəzetində məqalə dərc edərək qeyd edib ki, R.Arifoğlunun vasitəsilə G.Əhmədova ilə görüşüb və ikinci onun səsini yazıb.

R.Arifoğlu bildirib ki, bu yazıdan sonra öncə Ə.Zeynallıya sonra G.Əhmədovaya telefon açıb: “Əvəz Zeynallıya irad tutdum ki, niyə bu cür təqdimatla adıma kölgə salır? Axı həmin vaxt bu “iqtidar deputatı” dediyi xanımın xahişini ondan başqaları da, həm də çox tanınmış isimlər ediblər. Üstəlik, “telefonuna cavab ver” xahişindən sonra hadisələrin inkişafına mən qarışmamışam... Gülər Əhmədovaya da telefon açdım ki, mənim üzərimdən hansı oyunu oynadığının fərqindədirmi? Papasının canına and içdi ki, heç bir səsyazma, təxribat faktı olmayıb...amma indi məlum olur ki, deputat səmimi danışmayıb, bir neçə şəxsdən istifadə edərək oyununu oynayıb".

RAMİL






31 Oktyabr, 2011  17:40 Baxılıb: 1189 Çap

Bu bölmədə


XƏBƏR LENTİ
6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






31 Yanvar, 2024  16:58



sagbanner