Bağla
Mən artıq bəyənmişəm!
solbanner
    
Simsar.az | bizi özünüzə Simsar bilinazem.az Tutu dieta

Dram Teatrın aktyorları Özbəkistandan qayıtdı

Azərbaycanlılar festivalda "İnsan səsi"ni təqdim edib

“Mədəniyyət və İncəsənət Forumu” Fondu (Fond Forum), “Özbəkteatr” Yaradıcılıq-İstehsalat Birliyi və Özbəkistanın Gənclər Teatrı tərəfindən təşkil olunan festivalda yerli kollektivlərlə yanaşı, Almaniya, Böyük Britaniya, İsrail, Ukrayna, Tacikistan kimi ölkələrin müxtəlif teatr kollektivləri də iştirak edib.


 “Azdrama”nın mətbuat xidmətindən Simsar.az-a verilən məlumata görə, festivalın rəsmi açılış mərasimində “Rus səhnəsi” (Almaniya, Berlin) teatr kollektivinin ifasında yapon nasiri və dramaturqu Yukio Missimanın “Maskanın tövbəsi” tamaşası nümayiş olunub. 
Festival çərçivəsində Daşkənd Dövlət Musiqili Komediya Teatrının “İyirmiyaşlılar.UZ”, Özbəkistan və Almaniyanın müştərək layihəsi olan “Diydor” Teatr-studiyasının “Əkizlər”, Özbək Dövlət Dram Teatrının “Medeya”, Kokand Şəhər Musiqili Dram Teatrının “Şinel”, Özbəkistan Milli Akademik Dram Teatrının “Qum üzərində məhəbbətin gözəlliyi”, Özbəkistan Akademik Rus Dram Teatrının “Balzaminovun evliliyi”, Özbəkistan Gənc Tamaşaçılar Teatrının “Şahzadəni kim xilas edəcək?”, Qaraqalpaq Dövlət Gənc Tamaşaçılar Teatrının “Şərəfli qocalıq”, Ə.Nəvai adına Dövlət Akademik Böyük Opera və Balet Teatrının “Maysarın kələkləri”, Özbəkistan və Britaniyanın birgə layihəsi Work in Progressin “Ən kədərli povest…”, M.Taşmuhammedov adına Kaşkadar Vilayət Musiqili Dram Teatrının “Leyli və Məcnun”, Özbəkistan Gənclər Teatrının “Kibritli qız”, M.Uyğur adına Surxandar Vilayətinin Musiqili Dram Teatrının “Ana”, Özbəkistan Gənclər Teatrının “Ömər Xəyyam bürcü”, Özbəkistan Dövlət Akademik Dram Teatrının “Tənha qadın”, İzrailin Goodman Theatre Ber-Şeva Teatrının “Onunla ilk görüş”, V.Mayakovski adına Tacikistan Dövlət Rus Dram Teatrının “Rüstəm və Zöhrab”, Simferepol Krım-tatar Akademik Musiqili Dram Teatrı ilə Özbəkistan Milli Akademik Teatrının “Tənha ulduz” tamaşaları da nümayiş olunub. Festival çərçivəsində həmçinin bir sıra ustad dərsləri, müzakirələr, seminarlar və “Mərkəzi Asiya Teatrlarının dünya teatr prosesində rolu və əhəmiyyəti. İyirmi illik müstəqil teatr prosesinin nəticələri” mövzusunda forum keçirilib.


Akademik Milli Dram Teatrı isə festivala fransız yazarı Jan Koktonun “İnsan səsi” pyesi əsasında hazırlanan tamaşa ilə qatılıb. Tamaşanın quruluşçu rejissoru İlham Elxanoğlu, quruluşçu rəssamı Nazim Bəykişiyev, musiqi tərtibatçısı Səbuhi Məmmədov, rejissor assistenti Rəfiqə Musayevadır. Tamaşa Sahib Novruzovun tərcüməsi əsasında hazırlanıb. Janrı iki hissəli melodrama” kimi təyin olunmuş tamaşada rolları xalq artisti Bəsti Cəfərova və əməkdar artist Elşən Cəbrayılov ifa ediblər. Özbəkistan Gənclər Teatrının binasında nümayiş olunan tamaşanı Azərbaycan dilində, rus titrləri ilə oynanılıb. Nümayişdə Daşkənddəki Azərbaycan diasporunun üzvləri, Özbəkistanın ədəbiyyat, mədəniyyət və incəsənət xadimləri, teatrşünaslar, aktyor və rejissorlar, tələbələr, jurnalistlər iştirak ediblər. Tamaşa böyük maraq hissi ilə qarşılanıb. Tamaşadan öncə teatrın foyesində Azərbaycanın milli dekorativ-tətbiqi sənətini və ölkəmizin müasir həyatını əks etdirən rəngarəng sərgi təşkil olunub. Sərgidə Azərbaycanının görkəmli sənətçisi Müslüm Maqomayevin ifa etdiyi mahnılar səsləndirilib.


Səfər çərçivəsində Akademik Milli Dram Teatrının nümayəndə heyəti Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasovun qəbulunda olub. Teatrın kollektivi həmçinin Daşkənddə yerləşən Nizami Gəncəvinin heykəli önünə əklil qoyub və Azərbaycan Mədəniyyəti Mərkəzinin fəaliyyəti ilə yaxından tanış olub.

Xatirə kimi Akademik Milli Dram Teatrına festivalın diplomu və simvolik hədiyyə təqdim edilib.






31 Oktyabr, 2011  16:34 Baxılıb: 1185 Çap

Bu bölmədə


XƏBƏR LENTİ



6 May, 2024  13:50


26 Aprel, 2024  16:32


26 Aprel, 2024  13:10

25 Aprel, 2024  15:16







19 Aprel, 2024  12:55





18 Aprel, 2024  11:04




17 Aprel, 2024  13:36


17 Aprel, 2024  11:54







16 Mart, 2024  15:23










21 Fevral, 2024  14:10

20 Fevral, 2024  16:43






sagbanner